news-8

Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin məşğulluq sahəsində hansı əlavə təminatları var?

Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin məşğulluq sahəsində hansı əlavə təminatları var? İlk öncə qeyd etməliyik ki, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar dedikdə bu şəxslər nəzərdə tutulur: 20 yaşadək gənclər; yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər; sağlamlıq imkanları məhdud uşaqları tərbiyə edən valideynlər; pensiya yaşına 2 ildən az qalmış şəxslər; əlillər və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər; cəzaçəkmə yerlərindən azad edilmiş vətəndaşlar; məcburi köçkünlər; müharibə veteranları və şəhid ailələri.  Dövlət sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərə əlavə iş yerləri və sosial müəssisələr yaratmaq, onlar üçün uyğunlaşdırılmış təlim proqramları əsasında peşə hazırlığı kursları təşkil etmək, habelə kvota müəyyən etmək yolu ilə əlavə təminatlar verir. Kvotanın miqdarı müvafiq inzibati ərazi vahidində əmək bazarındakı vəziyyətdən asılı olaraq, müəssisələrdəki işçilərin orta siyahı sayının 5 faizindən çox olmamaq şərti ilə müəyyən edilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən göndərilmiş sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxsləri onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul etməyən işəgötürənlər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. İnzibati Xətalar Məcəlləsinin 194-cü maddəsinə əsasən, onlara münasibətdə 1500 manatdan 2000 manatadək məbləğdə cərimə sanksiyası nəzərdə tutulmuşdur.


  TOP
Layihəyə dəstək ol