Əziz sosial işçilər və sosial iş peşəsinin dostları, Azərbaycan Sosial İş İctimai Birliyi məmnuniyyətlə sizi sosial iş üzrə mütəxəssis Gülnaz Məmmədlinin “Çətin tərbiyə olunan uşaqların sosiallaşması” kitabının təqdimatına dəvət edir. Təqdimat mərasimi Azərbaycan Sosial İş İctimai Birliyinin təşkilatçılığı ilə 27 may 2018-cı il saat 14.00-də Baku City Academy-nin Konfrans zalında keçiriləcəkdir. Eyni zamanda simvolik imza mərasimi və satışı da həyata keçiriləcək. İştirakçılar təqdimat zamanı müəllifin mövzu ilə bağlı 1 saatlıq mühazirəsinə, onun təcrübəsinə qulaq asa bilər, müzakirə apara bilər, eyni zamanda kitabı əldə edə bilər. Kitabın müəllifi haqqında: Gülnaz Məmmədli – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdindəki “Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşa çatmayanlar üçün Sığınacaq və Reablitasiya Müəssisəsi”nin sosial iş üzrə mütəxəssisidir. Çətin tərbiyə olunan uşaqlarla sosial iş sahəsində 10 ildən çox zəngin təcrübəyə malikdir. Tədbirə media nümayəndələri də dəvətlidir. Kitabın qiyməti: 5 manat QEYD: Təqdimatda iştirak etmək istəyən oxucular göstərilən linkdən qeydiyyatdan keçsinlər. Qeydiyyat linki: https://docs.google.com/forms/d/e/1FAIpQLSf0UvTDOVC5iktGZobUaZBroDlnnqgAT0sJVj8NpDkSpoxw4Q/viewform?usp=sf_link Əlaqə: (051) 363 59 49, (050) 656 28 47