Qaydalar Və Şərtlər

LAYİHƏLƏRƏ MALİYYƏ VƏSAİTİNİN ONLAYN CƏLB OLUNMASI HAQQINDA ŞƏRTLƏR

Bu şərtləri diqqətlə oxuyun, Bu şərtlər layihələrə maliyyə vəsaitinin cəlb olunması ilə bağlı aramızda yaranacaq münasibətlər çərçivəsində qarşılıqlı hüquq və vəzifələrimizi əks etdirir. Ona görə də hər hansı pul qoyuluşu etməzdən əvvəl bu şərtləri qəbul etməyiniz xahiş olunur.

 

Bu şərtlər (bundan sonra "Şərtlər") sizinlə (bundan sonra "siz", "Siz", "istifadəçi", "İstifadəçi" və ya "Layihə sahibi" adlanırsınız) və

Bizim – Toxum.org (bundan sonra "biz", "Biz", "Toxum" adlandırılan) aramızda bağlanır.

 

1.      Predmeti

1.1.  Biz layihələri üçün maliyyə axtarışında olan Layihə sahibləri və bu Layihə sahiblərinin  layihələrinin maliyyələşdirilməsi ilə bağlı vəsait ödəmək niyyətində olan sponsor/dəstəkçiləri bir araya gətirmək üçün onlayn maliyyələşmə platformasıyıq.

1.2.    Bu Platformadan istifadə edərək, maliyyə vəsaiti cəlb etmək məqsədilə müxtəlif layihələr elan edə və Platformada yerləşdirə bilərsiniz.

1.3.    Elan yerləşdirənlər, layihə sahibi olaraq, dəstəkçilərin layihələrə etdiyi pul qoyuluşları ilə əlaqədar pay və ya mükafat təklif edə bilər.

 

2.      Elanın verilməsi

2.1.    Toxum.org bu Şərtlərdə göstərilən şərtlər və məhdudiyyətlər daxilində sizə Platformadan istifadə üçün məhdud, özgəninkiləşdiriləbilməz və ləğv edilə bilən icazə verir.

2.2.    Platformadan istifadə etmək üçün siz qeydiyyatdan keçməli və istifadəçi adı və şifrəsi ilə hesab yaratmalısınız.

2.3.    Siz dəqiq və dolğun məlumat təqdim etməli və məlumatın dəqiq və dolğun olması üçün hesab məlumatlarını zəruri olduqca yeniləməlidir. Platforma heç bir Layihəni öz adından nümayiş etdirmir.

2.4.    Layihə sahibinə qadağandır:

a) başqasını təqlid etmək;

b) kimisə təhqir edə biləcək və ya hər hansı bir şəxsin hüquqlarını pozan layihə adı seçmək;

c) digər insanların və ya şirkətlərin hüquqlarını pozan, qanunu pozan və ya hər hansı bir tərəfə aid ola biləcək hər hansı bir müqavilə və ya qanuni vəzifəni pozan hər hansı bir hərəkət etmək;

d) tələb olunmayan və ya icazəsiz reklam və ya tanıtma materialı və ya arzuolunmaz poçt, spam və ya zəncir məktubları yaymaq; poçt siyahılarını, siyahıları və ya Platforma vasitəsilə hər hansı bir avtomatik cavablandırma və ya spam göndərmək;

e) Proqram viruslarını və ya Platformadakı hər hansı bir proqram, hardware və ya avadanlığın düzgün işləməsinə mane olan və ya (2) Platformanın hər hansı digər istifadəçi tərəfindən istifadəsinə müdaxilə edən proqramları yaymaq;

f) Platformanın və Xidmətlərin təhlükəsizliyini təmin etmək üçün Platformanın tətbiq etdiyi hər hansı tədbiri dəf etmək, hər hansı bir sistemə, məlumata, şifrəyə və ya digər Platforma, İstifadəçi məlumatları və ya Xidmətlərə icazəsiz giriş əldə etmək üçün cəhd göstərmək, hər hansı məlumatı əldə etmək üçün revers mühəndis və ya digər yolla Xidmətlərin hər hansı bir hissəsini ayırmaq, yaxud hər hansı bir proqramdan istifadə etməklə Platformanın hər hansı bir hissəsində icazəsiz gəzmək;

2.5.    Əgər Layihə sahibi hesabından icazəsiz istifadədən şübhələnirsə və ya aşkar edərsə, dərhal Toxum.orga məlumat verməlidir.

2.6.  Toxum.org hər hansı bir məlumat itkisinə görə məsuliyyət daşımır.

2.7.  Toxum.org Müqaviləni pozan İstifadəçi məzmununu öz istəyi ilə silə bilər. İstifadəçi məzmununu silmək və ya hesabı ləğv etmək, Toxum.orgun araşdırılmadan həyata keçirdiyi tədbir deyil və İstifadəçi məzmununun və ya hesabın silinməsinin araşdırılması və müəyyənləşdirilməsi bir qədər vaxt tələb edə bilər. İstifadəçi məzmununun silinməsi ilə bağlı səbəbləri, o cümlədən hər hansı bir Layihənin ləğv edilməsini müzakirə edib-etməmək müstəsna olaraq Toxum.orgun ixtiyarındadır.

 

3.      Layihə

3.1.    Müvafiq Müraciətdən sonra Layihənin heç bir şərti dəyişdirilə bilməz. İstisna olaraq Toxum.org Layihə sahibinin bu haqda müraciətini diqqətlə nəzərdən keçirərək buna icazə verə bilər.

 

4.      Layihə təkmilləşmələri

Layihə sahibi qəbul edir və razılaşır ki:

4.1.    Müraciət Formasında göstərilən Layihə üzrə işləri başa çatdırmaq üçün Layihə sahibi ağlabatan şəkildə səy göstərəcəkdir.

4.2.    Saytın razılığını almadan Layihə üzrə özünün hər hansı bir öhdəliyini üçüncü şəxsə tapşıra bilər.

4.3.    Əgər Layihənin işlənməsini müraciət formasında göstərilən tarixdən əvvəl başa çatdıra bilmirsə, bu tarixdən sonra mümkün olan ən qısa müddətdə bunu etməlidir.

 

5.      Pay və Mükafatlar

5.1.  Layihə sahibi vəsaitin məbləğinə mütənasib olaraq Müraciət formasında bu barədə qeyd apararaq dəstəkçi üçün Pay təklif edə bilər.

b)     Layihə sahibi razılaşır ki, bu Pay ilə bağlı Sponsorlarla bütün rəsmi sövdələşmələri və qanun üzrə sənədləşmələri kənarda, Platformadan xaricdə aparacaqdır;

c)      Toxum.org Layihə sahibinin Ərizə formasında elan etdiyi bu Payın rəsmiləşdirilməsi ilə bağlı nə Layihə sahibinin , nə də Sponsorun qarşısında heç bir öhdəlik və ya məsuliyyət daşımır.

5.2.  Payın veriləcəyi tarix Layihə sahibi tərəfindən irəli sürülən bir plandır (Toxum.org tərəfindən deyil) və bu Şərtlər ilə Layihə sahibinin bu Payı Müraciətdə göstərilən tarixə qədər (əgər göstərilibsə) yerinə yetirəcəyinə və Sponsora verəcəyinə zəmanət verilmir. Toxum.org toplanılan vəsaitin vəd edildiyi kimi istifadə ediləcəyinə, Layihə sahibinin Payı verəcəyinə və ya Layihənin məqsədlərinə çatacağına zəmanət vermir və ya Layihə sahibini təmsil etmir. Toxum.org həmçinin Layihə, mükafat və ya pul qoyuluşu, Platformada yerləşdirilən məzmunun həqiqiliyi və ya düzgünlüyü ilə bağlı keyfiyyət, təhlükəsizlik, əxlaqilik və ya qanuniliyi barədə təminat və ya zəmanət vermir.

 

6.      Pul qoyuluşu və ödəniş

6.1.  Dəstəkçi Saytdan istifadə edərək Platformanın hesabına pul köçürməklə könüllü olaraq  Layihəyə vəsait göndərir.

6.2.  Pul qoyuluşları Müraciət formasında göstərilən təlimata uyğun olaraq kredit və ya debet kartı ilə ödənilməlidir, Platforma tərəfindən vaxtaşırı digər ödəniş formaları da təklif edilə bilər.

6.3.  Toxum.org Layihənin başa çatması tarixindən sonra Layihə sahibinin Platformada Pul ayırmalarının verilməsi haqqında real vaxt rejimində (online) verdiyi sorğusu əsasında həmin sorğudan etibarən 15 (on beş) gün ərzində bütün vəsaitin hamısını (xidmət haqqı çıxılmaqla) Layihə sahibinə ödəyir. Vəsait Layihə sahibinin Müraciət formasında qeyd etdiyi kart hesabına ödənilir və ya köçürülür.

6.4.  Layihə sahibi bu Sazişin hər hansı bir şərtini pozduğu təqdirdə Toxum.org Layihəyə göndərilən  vəsaitdən tuta bilər.

6.5.  Layihə sahibi, Layihə ilə əlaqədar Platforma tərəfindən alınan Pul qoyuluşlarının cəminin maliyyələşdirmə hədəfindən çox ola biləcəyini qəbul edir. Bu halda Toxum.org yalnız öz mülahizəsi ilə:

a)    artıq məbləğin hamısını və ya bir hissəsini saxlaya; və ya

b)    artıq məbləğin hamısını və ya bir hissəsini digər Layihələrə yönəldə bilər.

 

7.      Xidmət haqqı

7.1.  Platformada hesab yaratmaq üçün heç bir ödəniş tələb edilmir. Toxum.org Layihə sahiblərinin  topladıqları vəsaitdən aşağıdakı qaydada Xidmət haqqı tutur:

a)      Start-up Layihəsi ilə bağlı Maliyyələşmə hədəfinin on faizindən (10%) az olmayan Xidmət haqqı.

 

8.      Zəmanətlər

8.1.  Toxum.org bunu qəbul edir və razıdır ki:

a)      Layihədəki bütün Əqli mülkiyyət hüquqları Layihə sahibinin  müstəsna mülkiyyətidir və bundan sonra da belə qalacaqdır;

b)      Şərtlərdə heç bir bənd Layihəyə aid hər hansı Əqli mülkiyyət hüququnu Layihə sahibindən Toxum.orga (və ya Sponsor və ya hər hansı digər şəxsə) verməyə və ya ötürməyə xidmət etmir;

c)      Toxum.orgun Layihə məlumatlarından istifadə etmək hüququ bu Şərtlərdə göstərilən müddəalara uyğun olmalıdır.

8.2. Layihə sahibi Toxum.orga zəmanət verir ki, Layihəyə daxil ola bilən Əqli mülkiyyət üzrə qanuni hüquq və səlahiyyətə malikdir.

8.3.  Layihə sahibi həmçinin Toxum.orga zəmanət verir ki:

a)      Şərtlər çərçivəsində öhdəliklərini icra etmək və yerinə yetirmək üçün qanuni hüquqa və səlahiyyətə malikdir;

b)      Şərtlər üzrə öhdəliklərini ağlabatan diqqət və bacarıqla yerinə yetirəcəkdir.

8.4.  Layihə sahibi qəbul edir ki, Platformada daim qüsur, səhv və xəta ola bilər, Toxum.org Platformanın bu cür qüsurlardan, səhvlərdən və xətalardan tam azad olacağına dair heç bir qarantiya və ya zəmanət vermir.

8.5.  Tərəflər bu Şərtlər çərçivəsində onlara məlum olan qanunvericilik üzrə fərdi və kommersiya sirri təşkil edən məlumatların konfidensiallığını qoruyurlar.

8.6.  Tərəflərin Şərtlərin predmetinə dair bütün zəmanətləri və iradələri Şərtlərin müddəalarında açıq şəkildə göstərilmişdir. Qüvvədə olan qanunvericilik ilə nəzərdə tutulan hallar nəzərə alınmaqla, Şərtlərdə bu Şərtlərin predmetinə aid heç bir digər zəmanət və ya təminat müəyyən edilmir.

 

9.      Məsuliyyətin hədləri

9.1.  Layihə xəbərdardır ki, Layihə üzrə öhdəliklərini yerinə yetirmək üçün məsuliyyət daşıyır. Layihə sahibi hər hansı bir qanuni öhdəliyini yerinə yetirə bilmirsə, Sponsorlar tərəfindən qanuni tədbir görülə bilər

9.2.  Bu Şərtlərdəki heç bir müddəa:

a)      hər hansı Tərəfin fırıldaqçılıq və ya bu tərəfin saxta məlumat verməsi üçün məsuliyyətini məhdudlaşdırmır və ya istisna etmir;

b)      tərəflərin hər hansı məsuliyyətini qüvvədə olan qanunvericiliklə icazə verilməyən hər hansı bir şəkildə məhdudlaşdırmır; və ya

c)      Tərəfin qüvvədə olan qanunvericilik ilə istisna edilməsi mümkün olmayan məsuliyyətini istisna etmir.

9.3.  Şərtlər çərçivəsində və ya Şərtlərin predmeti ilə əlaqədar yaranan bütün məsuliyyətlər, o cümlədən müqavilədən, deliktdən (o cümlədən səhlənkarlıq) və qanuni tələbin pozulması ilə əlaqədar məsuliyyətlər 12-ci maddədə və Şərtlərin başqa maddələrində müəyyən edilmiş məsuliyyətin hədləri və müvafiq istisnalar ilə tənzimlənir.

9.4.  Planlaşdırılmamış arakəsilmələr və digər nasazlıqlar da daxil olmaqla planlı təmir və digər səbəblərə görə Platforma və ya Xidmətlərdən istifadə mümkün olmaya bilər. Platforma və ya Xidmətlərdən istifadə mümkün olmadıqda və ya bu və ya digər səbəbdən Layihə sahibi hər hansı bir səbəbdən hər hansı bir məlumatı və ya İstifadəçi haqqında məlumatı itirirsə Toxum.org məsuliyyət daşımır.

9.5.  Toxum.org həmçinin aşağıdakılar ilə əlaqədar Layihə sahibi qarşısında məsuliyyət daşımır:

a)      hər hansı əldən çıxmış fayda, gəlir, mənfəət, istifadə, istehsal və ya ehtimal olunan əmanət, sahibkarlıq fəaliyyətinin əldən çıxması, müqavilələr və ya kommersiya imkanlarının əldən çıxması;

b)      işguzar nüfuz və ya şəxsi nüfuza dəyən zərər;

c)      hər hansı bir məlumatın, verilənlər bazasının və ya proqramın itirilməsi və ya pozulması;

d)      Fors-Major hadisəsi nəticəsində yaranan zərər.

 

10.      Xitam

10.1. Layihə sahibi əməkdaşlara məlumat verməklə, Maliyyələşdirmə hədəfinə çatmazdan əvvəl istənilən vaxt Müqaviləni ləğv edə bilər.

10.2. Toxum.org Layihənin Maliyyələşdirmə hədəfinə çatmazdan əvvəl, layihə sahibinə yazılı bildiriş göndərməklə Müqaviləni ləğv edə bilər.

10.3.  Tərəflərdən hər biri qarşı tərəfin Şərtlərin hər hansı müddəasını aşağıdakı şərtlər nəzərə alınmaqla ciddi şəkildə pozduğuna görə qarşı tərəfə yazılı bildiriş göndərməklə Şərtləri dərhal ləğv edə bilər:

a)      pozuntunu aradan qaldırmaq mümkün deyil; və ya

b)      pozuntunun aradan qaldırılması mümkündür, lakin qarşı Tərəfin pozuntunu aradan qaldırması bununla bağlı yazılı bildiriş aldıqdan sonra 1 (bir) gün ərzində mümkün deyil.

 

11.       Xitamın nəticələri

11.1.  Şərtlərin xitamından sonra Şərtlərin bu 11-cü maddəsi üzrə müddəalar istisna olmaqla Şərtlərin bütün müddəları öz qüvvəsini itirir. 11-cü maddə bu maddədə göstərilən müddətdə, müddət olmadığı təqdirdə qeyri-müəyyən müddətdə öz qüvvəsini saxlayır.

11.2.  Bu Şərtlərə  xitam verildiyi halda Toxum.org Layihə sahibinə toplanılan vəsaiti ödəmək vəzifəsi daşımır.

 

 

12.       Şərtlərin hüquqi qüvvəsi və müddəti

12.1.   Şərtlər Layihə sahibi tərəfindən Platformada onlayn formada razılaşdırılaraq bu Şərtlərin qayda və şərtlərini qəbul etdikdən sonra qüvvəyə minir.

12.2.   Şərtlər orada müəyyən olunan qaydada əvvəlcədən xitam verilmədiyi təqdirdə, Tərəflərin öz öhdəliklərinin tam faktiki icra olunması tarixinə qədər qüvvədə qalır.

 

13.       Müxtəlif

Biz Xidmətləri istənilən vaxt dəyişdirə və ya dayandıra bilərik. Siz razılaşırsınız ki, bu Şərtlərdə başqa qayda nəzərdə tutulmamışdırsa, bu Müqavilədən faydalanan heç bir üçüncü şəxs olmayacaqdır.

 

14.       Anlayışlar

Bu Şərtlərnin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur:

Şərtlər” dedikdə, Layihə sahibi və Toxum.org arasında razılaşdırılan şərtlərdən və bu şərtlərə sonradan vaxtaşırı olaraq edilən bütün dəyişikliklərdən ibarət olan əqd başa düşülür;

Platforma” dedikdə, bu Şərtlər üzrə layihə ilə bağlı olaraq maliyyənin cəlb olunmasında vasitəçi olan və yerləşdirilən layihələrə pul qoyuluşlarının yerinə yetirilməsi imkanı verən, Toxum.orga məxsus olan və onun idarə etdiyi internet səhifəsi və ya onlayn (real vaxtda) maliyyənin cəlb olunması imkanını verən platforma başa düşülür;

Məlumat” dedikdə, soft proqram, texnologiya, dizayn, material, informasiya, kommunikasiya, mətn (məqalə), qrafika, elektron keçid, elektron incəsənət nümunəsi, animasiya, illüstrasiya, incəsənət əsəri, audio klip, video çarx, foto, şəkil, rəy, ideya və digər məlumat, müəlliflik (əqli mülkiyyət) hüququnun obyektləri və ya bu Şərtlər üzrə təklif olunan xidmətlərlə bağlı olaraq sadalananların birneçəsindən ibarət məcmu başa düşülür;

"Fors major hal" dedikdə, təsirə məruz qalan Tərəfin ağlabatan nəzarəti xaricində olan bir hadisə və ya bir sıra hadisələr deməkdir (uğursuzluqlar və ya internet və ya internetin bir hissəsi, haker hücumları, virus və ya digər zərərli proqram daxil olmaqla) hücumlar və ya infeksiyalar, elektrik kəsilməsi, hər hansı bir üçüncü tərəfə təsir edən sənaye mübahisələri, qanuna edilən dəyişikliklər, fəlakətlər, partlayışlar, yanğınlar, daşqınlar, iğtişaşlar, terror hücumları və müharibələr) başa düşülür;

"Maliyyələşmə hədəfi" dedikdə, Saytda yerləşdirilən Layihənin həyata keçirilməsinə qədər tələb olunan pul qoyuluşlarının cəminin minimum məbləği başa düşülür ;

"Əqli mülkiyyət hüquqları" dedikdə, qeydiyyata alınıb-alınmamasından asılı olmayaraq dünyanın hər hansı bir yerində mövcud olan bütün əqli mülkiyyət hüquqları, o cümlədən bu hüquqlar üçün hər hansı bir ərizə və ya müraciət hüququ (və yuxarıda göstərilən "əqli mülkiyyət hüquqları" müəllif hüquqları və əlaqəli hüquqları, verilənlər bazası hüquqları, məxfi məlumatlar, ticarət sirləri, nou-xau, işgüzar adlar, ticarət adları, ticarət nişanları, xidmət nişanları, keçid hüquqları, haqsız rəqabət hüquqları, patentlər, kiçik patentlər, faydalı modellər, yarımkeçirici topoqrafiya hüquqları və dizayndakı hüquqlar) başa düşülür;

"Layihə" dedikdə, kapitalın cəlb edilməsi üçün Müraciət forması ilə Layihə sahibi tərəfindən təqdim olunan və detalları nəzərdə  tutulmuş layihə başa düşülür;

"Layihənin maliyyələşdirilməsinin başa çatma tarixi" dedikdə, Layihə üçün Maliyyələşmə hədəfinə çatmaq üçün təyin olunan son tarix başa düşülür;

Mükafatlar” maddi əşyalar şəklində mayka, suvenir, hədiyyə kartı və sair kimi hədiyyə və mükafatlar, yaxud xidmət və ya digər hüquq.

"Xidmətlər" dedikdə, Platformadan istifadəsi ilə bağlı təqdim edilən xidmətlər və ya Şərtlərdə göstərilən Platformanın digər xidmətləri başa düşülür;

 

 

  TOP
Layihəyə dəstək ol