Tez-tez verilən suallar

"Toxum.org" nədir?

 - “Toxum.org” sosial və sosial sahibkarlıq layihələri üçün yaradılmış kraudfandinq platformasıdır. 2017-ci ildən fəaliyyət göstərən platforma bu illər ərzində istifadəçilərə müxtəlif layihələrin reallaşması üçün vəsait toplamaq və təşəbbüsləri ətrafında çevrə qurmaq üçün fürsət yaradır. Toxumun əsas məqsədi ölkəmizdə kraudfandinq və dəstək mədəniyyətini formalaşdırmaq, onu həyat tərzinin bir hissəsinə çevirməkdir. “Toxum.org” sosial və sosial sahibkarlıq layihələri üçün yaradılmış kraudfandinq platformasıdır. 2017-ci ildən fəaliyyət göstərən platforma bu illər ərzində istifadəçilərə müxtəlif layihələrin reallaşması üçün vəsait toplamaq və təşəbbüsləri ətrafında çevrə qurmaq üçün fürsət yaradır. Toxumun əsas məqsədi ölkəmizdə kraudfandinq və dəstək mədəniyyətini formalaşdırmaq, onu həyat tərzinin bir hissəsinə çevirməkdir.

Platforma nəyə görə məhz "Toxum" adlanır?

Bizim təsəvvürümüzdə olan toxumlardan fərqli olaraq, hazırda məlumat aldığınız "Toxum" sizin ideyanızı təsvir edir.  Burada siz toxum mərhələsində olan ideyalarınızı nəhəng layihələrə çevirə biləcəksiniz.

Toxum.org-da layihələr necə maliyyələşdirilir?

- "Toxum.org" layihələri kraudfandinq  üsulu ilə maliyyələşdirir. Bu maliyyələşməyə könüllü dəstəkçiləri və ideya sahiblərini bir araya gətirməklə nail oluruq. Toxum bunun üçün ən doğru ünvandır.

Platformada hansı layihələr yerləşdirilir?

- Platformada sosial və sosial sahibkarlıq layihələrinin yerləşdirilməsinə xüsusilə diqqət edirik. 

Toplanılan məbləğ layihə sahiblərinə necə köçürülür?

- Toplanılan məbləğ nağd formada layihə sahibinə təhvil verilir.

Toxum kütləvi maliyyələşmədən (Kraudfandinq) başqa nə vəd edir?

- Toxum öz fəaliyyətini yalnız dəstəkçilərlə layihə sahiblərini bir araya gətirməklə məhdudlaşdırmır. Eyni zamanda sizlərin inkişafı üçün  layihələr, seminarlar, video dərslər təklif edir.  Digər təkliflərimizi dəyərləndirməklə də  siz, özünüzdə müxtəlif mövzularla bağlı daha dərin təsəvvür formalaşdıra bilərsiniz. Öyrənəcəyiniz bilik və bacarıqlardan istər professional fəaliyyətinizdə, istərsə də ideyalarınızı həyata keçirmək mərhələsində faydalana bilərsiniz.

Dəstəkləmək və ya müraciət etmək istəyənlər Toxum-la necə əlaqə saxlaya bilərlər?

- Toxum-da qeydiyyatdan keçdiyiniz təqdirdə əməkdaşlarımız 2 gün ərzində sizinlə əlaqə yaradacaqlar.

Eyni zamanda sosial şəbəkələrdə də (facebook/instagram) bizə yaza bilərsiniz.

  TOP
Layihəyə dəstək ol