event-4

Əziz dostlar!

Sizi “Patriarxatın sonu!” lahiyəsi çərçivəsində baş tutacaq növbəti təlimə dəvət edirik. Layihə çərçivəsində ikinci görüşümüz “Məişət zorakılığının zorakı görünməyən tərəfləri” mövzusunda həsr olunacaq. Layihə "Toxum" və “Baku İdeaLab”la birgə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək. Ekspert qismində çıxış edəcək Vəfa Rüstəm ilə aydınlaşdıracağıq ki: 1. Davranışa nəzarət nədir? 2. Davranışa nəzarətin elementləri (məcburiyyət ,qorxutma, güdmə, psixoterror, təcridetmə, məhrumetmə, istismar və s.) və bunun insan psixologiyasına təsiri 3. Davranışa nəzarət sevgidir yoxsa psixoterror? Qeyd edək ki, Vəfa Rüstəm Bakı dövlət universitetinin hüquq fakültəsini bitirib. Avropa Humanitar universitetinin beynəlxalq insan haqları hüququna dair 1 illik proqramının məzunudur. İnsan haqları üzrə çoxsaylı təlimlərdə iştirak edib. Hazırda AŞ ilə əməkdaşlıq çərçivəsində insan haqlarından təlimlər keçir. Təlimdə iştirak etmək istəyənlər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: Link: https://goo.gl/forms/GBnKgOSHPU7BbDWp1 Qeyd: Müxtəlif səbəblərdən qeydiyyatdan keçə bilməyən dostlar tərəddüd etmədən təlimdə iştirak edə bilər. Əlaqə üçün: E-mail: [email protected] Mobil: 0512504979, 0504603384

Details

Başlama:
19 yanvar saat: 12:00-14:00
Son gün:
Məbləğ:
Ödənişsiz ( Qeydiyyat var)

Təşkilatçı

Ad Soyad:
Toxum, IdeaLab
Phone:
Adres:
Baku IdeaLab Jafar Jabbarly 44, Caspian Plaza III, floor 3, Baku, Azerbaijan
  TOP
Layihəyə dəstək ol