Milli Hüquq Evinin təşkilatçılığı ilə ilk dəfə "Rəqəmsal Hüquq və Yaradıcı Düşünmə" mövzusunda tam ödənişsiz Seminar keçiləcəkdir. Seminar Rəqəmsal Marketinq üzrə mütəxəsis, Biznes Təlimçi Ramid Ağayev, Marketinq və Biznes üzrə Təlimçi, "ORKHANWAY Coaching" şirkətinin Təsisçisi Orxan Şahbazın təqdimatında keçiriləcəkdir. Seminar, rəqəmsal platformalarda, sosial şəbəkələrdə xüsusilə Youtube platformasında istifadəçilərin və müxtəlif kontent yaradıcılarının hüquqlarının qorunması, əqli mülkiyyət anlayışı və hər bir istifadəçinin şəxsi məlumatlarının qorunması və gizlilik anlayışından və həmçinin yaradıcı düşünmə və şəxsi inkşaf üzrə maraqlı mövzuları əhatə edəcəkdir.