"SDG Talks" sessiyamızın bu dəfəki qonağı Aysel Qasımova Dayanıqlı İnkişaf Məqsədlərinin dördüncü məqsədi "Kefiyyətli Təhsil" üzrə "İnklüzivlik və inklüziv təhsil anlayışı" mövzusunda çıxış edəcək. Mühazirədə aşağıdakı mövzular ətrafında danışalacaq: - İnklüzivlik və inlüziv təhsil anlayışı - İnklüziv təhsilin əhəmiyyəti - İnklüziv təhsilin hüquqi bazası - İnklüziv təhsil üzrə ölkəmizdə görülən işlər - Əlilliyin tibbi və sosial modeli - İnklüziv düşüncə tərzi - Siniflərdə inklüziv mühitin yaradılması Aysel Qasımova - Bakı Dövlət Unversitesinin “Sosiologiya“ ixtisası üzrə bakalavr təhsilini tamamladıqdan sonra “Sosial elmlər və psixologiya” fakültəsində ən yüksək bal ilə ”İdarəetmənin sosiologiyası” ixtisası üzrə magistraturaya qəbul olmuş və 2007-ci ildə fərqlənmə diplomu ilə oranı bitirmişdir. 2007-2010-cu illərdə Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzinin doktorantura pilləsində, 2011-2013-ci illərdə ABŞ-ın ən nüfuzlu universitetlərindən olan Sent Luisdəki Vaşinqton Universitetinin (Washington University in St.Louis) “Sosial iş” ixtisası üzrə magistratura pilləsində təhsil almışdır. 2017-ci ildə isə İqtisad üzrə fəlsəfə doktorluğu dərəcəsi almışdır. 2014-cü ilin sentyabr ayından etibarən Azərbaycan Universitetinin “Sosial işin təşkili” kafedrasında həm bakalavr, həm də magistratura ali təhsil pillələrində “Sosial işin nəzəriyyəsi və təcrübəsi” fənnini tədris etmiş, o cümlədən sahə təcrübəsi üzrə rəhbərlik və dissertasiya işləri üzrə rəhbərlik etmişdir. O, 2015-ci ildən -2018-ci ilədək həmin universitetin “ Sosial iş” fakültəsinin dekan müavini vəzifəsində işləyib. 2018-ci ildə SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyasında Milli proqram üzrə Məsləhətçi vəzifəsində işləyib, hazırda Təhsil İnstitutunun Psixoloji Xidmət şəbəsinin aparıcı mütəxəssisidir və İnklüziv təhsil üzrə layihənin komanda rəhbəridir. Tarix: 7 iyun 2019 Saat: 19:00 Məkan: Baku IdeaLab Ünvan: Cəfər Cabbarlı 44, Caspian Plaza III, 3-cü mərtəbə. Giriş sərbəstdir.