Toxum.org təqdim edir: “Toxum School”
İdeyalarınız var, ancaq hələ də bunu reallaşdırmaq üçün maddi dəstək tapa bilmirsiniz?
O zaman bu 4 günlük təlim sizin üçündür! Bu silsilə təlimlərdə kraud-fandinqin ən incə detallarından başlayaraq, ideyaların layihə halına gətirilməsi, onun hüquqi əsasları və nəhayət, maddi dəstəyin necə toplanması lazım olduğunu öyrənəcəksiniz.
Layihənin təsviri:
Biznes, sahibkarlıq və sosial sahibkarlıq anlayışları;
Sosial sahibkarlıqda dəyər təklifi;
Natiqlik bacarıqlarının inkişafı;
Mümkünsüz və absurd ideyanı inandırmaq üçün 30 saniyə;
Sosial sahibkarlıq və sosial təsirin ölçməsi;
Sosial sahibkarlar üçün yerli və xarici imkanlar;
Sosial biznesdə genişləndirmə strateqiyası;
Layihələrin hazırlanması;
Kraud-fandinq və hüquqi əsasları;
Kraud-fandinq uğurlu layihənin bir parçası kimi.
Layihədən qazanacaqlarınız:
-İlk növbədə təlimdə iştirak etmiş iştirakçılar Kraud-fanding və Sosial Sahibkarlıq haqqında dərin biliklərə yiyələnəcəklər.
-Keçilmiş müxtəlif mövzulu nəzəri və praktiki təlimlər nəticəsində bu işlərə hazırlıqlı olacaqsınız.
-Bu təlimlər layihəyə başlamaq istəyib lakin maddi dəstəyi necə əldə etmək kimi suallar qarşısında qalan gənclərə dəstək verəcək.
-Layihədən sonra artıq ideyanızı rahatlqla reallaşdıra biləcəksiniz.
-Və 4 təlimdə də iştirak edənlər layihələrini toxum.org saytında yerləşdirə biləcəklər.
Qeydiyyat üçün deadline: 23.09.2019
Qeydiyyat linki: https://forms.gle/VwYsviqSeeJbmmeg9