4 günlük təlimlərin sonuncu günündə isə Elnur Əliyev sizə "Sosial sahibkarlıq və hüquq" sahəsində nəzəri və praktik təlim keçəcək. Bununla da siz: -İdeyanız reallaşarkən öhtənizə düşən hüquq və vəzifələri; -Layihələndirmə mərhələsinin hüquqi aspektlərini və bir sıra digər məsələlərdə hüquqi cəhətdən nələr etməli olduğunuzu öyrənəcəksiniz. 4 günlük təlimlərin sonunda ideyanızın təkmilləşmiş halını platformada yerləşdirərək, onun reallaşması prossesinə birlikdə keçid edəcəyik.