Təşəbbüskarlıq, Brendinq və Layihə idarəetməsi. ➡12-17 yaşlı yeniyetmələr üçün Kant's International Academy Toxum platforması ilə birlikdə Azərbaycanda reallaşdıracağı yeni layihəsini təqdim edir. Bu layihə şagirdlərə unikal ideya formalaşdırmaq, məqsəd qoyma və ideyanı uğurlu bir işə çevirmək kimi sahibkarlıqla əlaqəli bilikləri və bacarıqları aşılamaqla yeni təhsil platforması yaratmağı hədəfləyir. Bu, tələbələrin istedadlarını kəşf etmələrini, şəxsi imkanlarını səfərbər etmələrini və 21-ci əsrin bacarıqları ilə təchiz olunmağı hədəfləyən Kouçinq və Uğur Psixologiyası metodologiyalarına əsaslanan ilk platforma olacaq. Layihə Təşəbbüskarlıq, Layihə idarəetməsi və Brendinq ilə bağlı ödənişsiz vebinarları əhatə edəcək. Biz burada gələcək əməkdaşlıq və həmçinin planlanmış beynəlxalq layihələr və fəaliyyətlər barədə müzakirə aparacağıq. Gürcüstan əsaslı Kant Akademiyası, Qafqazın ən böyük qeyri-formal təhsil platformasıdır. Platforma yeniyetmələrə və uşaqlara öz qabiliyyətlərini, istedadlarını kəşf etməyə yardımçı olan, fərdi və peşə transformasiyalarını təmin edən bir beynəlxalq təşkilatdır. Akademiya gənclərə vacib layihələrdə iştirak etmək fürsəti, fərqli qitələrdən olan həmfikirləri ilə görüşmək, Biznes, Liderlik, İdarəetmə və Effektiv Kommunikasiya sahələrində ən yeni biliklərə yiyələnmək üçün qlobal imkanlar yaradır. Toxum sosial və sosial sahibkarlıq layihələri üçün yaradılmış kraudfandinq platformasıdır. 2017-ci ildən fəaliyyət göstərən platforma bu illər ərzində istifadəçilərə müxtəlif layihələrin reallaşması üçün vəsait toplamağa və təşəbbüsləri ətrafında çevrə qurmaq üçün fürsət yaratmışdır. Təhsil məhsulumuz olan Toxum School təşəbbüskar insanlar üçün sosial sahibkarlıq, layihə idarəçiliyi, kraudfandinq və təşkilati idarəetmə ilə bağlı təlimlər təşkil edir. Yeni bilik və bacarıqları öyrənmənin tam vaxtıdır! Layihədə iştirak üçün buradan qeydiyyatdan keçin:https://bit.ly/2BRvKnF