event-4

Layihəsi olan və onu həyata keçirmək üçün fürsət gözləyən komandalar!

  “Toxum Dəstək” layihəsi Sizlər üçündür! 

“Toxum.org” platforması  yeni layihəsini təqdim edir. “Toxum DƏSTƏK” komandaların öz layihələrində çatışmayan tərəfləri müəyyənləşdirməsini, onu əlavə kapital axtarışına düşmədən,  kraudfandinq vasitəsilə rahat və uğurla reallaşdırmasını hədəfləyir. 

Toxum sosial və sosial sahibkarlıq layihələri üçün yaradılmış kraudfandinq platformasıdır. 2017-ci ildən fəaliyyət göstərən platforma bu illər ərzində istifadəçilərə müxtəlif layihələrin reallaşması üçün vəsait toplamağa və təşəbbüsləri ətrafında çevrə qurmaq üçün fürsət yaradır. Toxumun əsas məqsədi ölkəmizdə kraudfandinq və dəstək mədəniyyətini formalaşdırmaq və həyat tərzinin bir hissəsinə çevirməkdir.

 “Toxum Dəstək” layihəsi  təlim və yarışma hissələrindən ibarət olacaq.

Bu təlimlərdə Siz, 1. Layihənizin çatışmayan tərəflərini tapmaq üçün – Layihələrin idarə olunması; 2. Layihənizi rahatlıqla reallaşdırmaq üçün - Kraudfandinq; 3. Dijital marketinq alətlərindən düzgün istifadə üçün isə -SMM mövzuları ilə tanış olacaqsınız.

Təlimlər nəzəri və praktiki hissələri özündə birləşdirəcək.

 “Toxum Dəstək”-də iştirak etmək üçün ilkin seçim mərhələsi göndərilən forumlar arasından olacaq.

Əvvəlcə, aşağıdakı linkdən qeydiyyatdan keçin.

Layihənizin sosial və ya sosial sahibkarlıq sahəsində olmasına diqqət edin.

Bəs yarışma hissəsi?

Təlimlərdə iştirak edən komandalar arasından 5 ən yaxşı layihəsi olanları seçib, onların hər birinə 50 dollar məbləğində sosial media hesablarında istifadə üçün nəzərdə tutulan  vauçer təklif edəcəyik.

Sonda bütün komandalar layihələrini toxum.org platformasında yerləşdirib, 30-45 gün müddətində onu uğurla maliyyələşdirməlidirlər.

Bu fürsəti qaçırmayın.

İştirakçıların layihədə davamlılığını təmin etmək məqsədilə layihə ÖDƏNİŞLİDİR!

Proqramın qiyməti - 30 AZN (hər komanda üçün) . Layihədə iştirak etmək üçün buradan qeydiyyatdan keçin: https://forms.gle/RfKikWiC45a7z33N9 Son qeydiyyat tarixi: 14 iyul 2020 Ətraflı məlumat üçün: [email protected]

Details

Başlama:
19 iyul
Son gün:
29 iyul
Məbləğ:
30 AZN

Təşkilatçı

Ad Soyad:
TOXUM.org
Phone:
0000000000
Adres:
Bakı
  TOP
Layihəyə dəstək ol