event-4

GIMUN yeni bir formatda  2020-ci ildən sonrakı dünyanı rəqəmsal mühitdə müzakirə etmək üçün qayıdır!

GIMUN 2020

1-6 dekabr 2020

Kant's Academy və Toxum.org birlikdə "Toxum School" Beynəlxalq onlayn layihəsini həyata keçirmişdi. İndi isə Kant's Academy-nin təşkilatçılığı ilə Gürcüstan Beynəlxalq Model Birləşmiş Millətlər Konfransının beşinci buraxılışı 1-6 dekabr tarixlərində Rəqəmsal mühitdə keçiriləcəkdir. Tezliklə açıq sərhədlərlə, ambisiyalarını reallaşdırmaq məqsədi ilə dünyanın müxtəlif qitələrindən olan gənc liderlər virtual konfransda iştirak edəcəklər.

Konfrans Birləşmiş Millətlər Təşkilatının 75-ci ildönümünə və dünyada mövcud olan ən aktual məsələləri tənqidi qiymətləndirməyə və 2020-ci ildən sonra dünyadakı müxtəlif yanaşma və  fikirləri birləşdirməyə yönəlmiş qlobal “UN75” kampaniyasına həsr ediləcəkdir.

 

Bugünkü dünyanın sizin həmrəyliyinizə ehtiyacı var! Fikriniz vacibdir və dünyanı dəyişdirə bilər.

GIMUN Online konsepsiyası gənclərə müzakirələr aparmaq, koalisiyalar yaratmaq və qlobal miqyaslı mövzularda qətnamələr qəbul etmək imkanı verməklə yanaşı, dünyanın müxtəlif yerlərindən rəsmi məruzəçilərlə söhbət etmək və seminarlarda iştirak etmək imkanı verəcəkdir.

GIMUN-un beşinci iclasında yeni bir komponent təqdim ediləcək - müzakirələr, danışıqlar, şəbəkə qurma, kütlə qarşısında çıxış və s. mövzulu üç günlük konfrans öncəsi silsilə seminarlar.

GIMUN-un beş mövzusu və müvafiq komitələri Kant Akademiyasının tərəfdaşı IMUNA ilə əməkdaşlıqda seçiləcəkdir.

Konfransın yeni konsepsiyası aşağıdakılardan ibarətdir:

● Müzakirə, danışıqlar, networking , kütlə qarşısında çıxış etmək kimi bacarıqların inkişafına yönəlmiş konfrans öncəsi veb seminarlar;

● Qonaq məruzəçilərin və hökumət təşkilatlarının iştirak etdiyi Açılış və Bağlanma Mərasimləri;

● Onlayn formatda  komitə  iclasları;

● Komitə iclaslarına mütəxəssislərin cəlb edilməsi;

● İnteraktiv Baş Məclis;

● Konfransın vahid sənədinin BMT nümayəndələrinə təqdim edilməsi.

Konfrans ingilis dilində keçiriləcək və bağlanış mərasimindən sonra iştirakçılar GIMUN tərəfdaşları tərəfindən imzalanmış sertifikatla təltif olunacaqlar.

Tədbirdə Gürcüstan nümayəndə heyəti ilə yanaşı, Qafqaz və Şərqi Avropadan da nümayəndələr iştirak edəcəklər.

Qeydiyyat linki: https://bit.ly/3mkoeUn

İştirak haqqı 30 ABŞ dollarıdır.

İştirakçılar üçün yaş : 14 - 21

Qeydiyyat üçün son tarix: 28 Noyabr

Əlavə məlumat üçün: +995 551290026, [email protected]

Details

Başlama:
1 dekabr
Son gün:
6 dekabr
Məbləğ:
30 dollar

Təşkilatçı

Ad Soyad:
Kant's Academy
Phone:
+995 551290026
Adres:
Online
  TOP
Layihəyə dəstək ol