Əziz BƏRDƏ-lilər, “Toxum School Regions” görüşünüzə gəlir!
Ağlınız ideyalarla doludur, ancaq hələ də ideyalarınıza həyat vermək üçün hardan başlamalı olduğunuzu bilmirsinizsə, o zaman bu 2 günlük təlim sizin üçündür!
Təlim zamanı mütəxəssislər tərəfindən ideyaların layihə halına gətirilməsi, onun sosial sahibkarlıq tərəflərinin inkişaf etdirilməsi və nəhayət, kraudfandinq kampaniyası vasitəsilə layihənizə həyat verməyi praktiki olaraq öyrənəcəksiniz.
Təlimçilər:
- Sara Rəcəbli - Sosial sahibkar, BUTA Art&Sweets sosial biznesinin təsisçisi.
- Kamran Cəbrayılov - Beynəlxalq PMP sertifikatına sahib Layihə Meneceri, SOCAR KBR-də aparıcı planlama mühəndisi, Tudors Azərbaycanın həmtəsisçisi.
- Toğrul İsmayılov - Toxum.org platformasının həmtəsisçisi.
Təlim barədə ətraflı məlumat almaq və ya qeydiyyatdan keçmək üçün aşağıdakı linkə daxil ola bilərsiniz!
linkə keçid etmək üçün klik edin
Qeydiyyat üçün son tarix: 26.06.2021