Əziz LƏNKƏRAN-lılar, “Toxum School Regions” ideyalarınızı işıqlandırmaq üçün görüşünüzə gəlir!
İdeyalarınıza həyat vermək istəyirsiz, amma onları reallaşdırmaq üçün haradan başlamalı olduğunuzu bilmirsiniz?
O zaman bu 2 günlük təlim sizin üçündür!
Təlimçilər:
- Sara Rəcəbli - Sosial sahibkar, BUTA Art&Sweets sosial biznesinin təsisçisi.
- Kamran Cəbrayılov - Beynəlxalq PMP sertifikatına sahib Layihə Meneceri, SOCAR KBR-də aparıcı planlama mühəndisi, Tudors Azərbaycanın həmtəsisçisi.
- Toğrul Vəliyev- Toxum.org platformasının həmtəsisçisi.
Təlimdən qazanacaqlarınız:
-İlk növbədə təlimdə iştirak etmiş iştirakçılar Kraudfandinq (Kütləvi maliyyələşmə) və Sosial Sahibkarlıq haqqında dərin biliklərə yiyələnəcəklər.
- Sosial sahibkarlıq ilə cəmiyyətdəki sosial problemləri necə dayanıqlı və davamlı şəkildə həll edə biləcəyinizi öyrənəcəksiniz.
-Keçilmiş müxtəlif mövzulu nəzəri və praktiki təlimlər nəticəsində uğurlu kraudfandinq kampaniyası aparmağa hazırlıqlı olacaqsınız.
-Bu təlim layihəyə başlamaq istəyib, lakin maddi dəstəyi necə əldə etmək kimi suallar qarşısında qalan gənclərə dəstək verəcək.
-Təlimdən sonra artıq ideyanızı rahatlıqla reallaşdıra biləcəksiniz.
Qeydiyyatdan keçmək üçün linkə keçid edin: https://forms.gle/Q5ZVSwUbVHMta4Mu5
Qeydiyyat üçün son tarix: 14.07.2021