BMTİP və Toxum.org platforması tərəfdaşlıq çərçivəsində regionlarda yaşayan qadınların sosial layihələrinin kraudfandinq üsulü ilə dəstəklənməsi məqsədilə yeni layihəyə start verir.
Qeyd edək ki, bu layihədə ya birbaşa öz sosial layihə ideyanızla iştirak edə və ya sosial layihə ideyalarına sahib başqa xanımları nominasiya edə bilərsiniz. Hər iki nümunə üzrə də qeydiyyatlar qəbul edilir.
Müraciət üçün son tarix: 21 noyabr, 2021
Layihənin aşağıdakı mərhələləri əhatə edəcəkdir:
- İdeyaların nominasiya forması üzrə qəbulu;
- Müraciətlərin xüsusi komissiya tərəfindən dəyərləndirilməsi;
- Uğurlu ideya sahiblərinin müsahibə mərhələsinə cəlbi;
- Müsahibə mərhələsini uğurla tamamlayan 10 qadın iştirakçının seçimi;
- Seçilən qadınların Toxum.org komandası tərəfindən kraudfandinq üzrə təlimlərə cəlb edilməsi;
- Hər iştirakçı üçün kraudfandinq strategiyasının hazırlanması və ideyaların Toxum.org platformasında yerləşdirilməsi;
- İdeyaların həyata keçirilməsi üçün təyin edilən məbləğlərin toplanması;
- Kraudfandinq mərhələsini uğurla tamamlayan layihələrin icrası.
Əgər siz layihəyə müraciət etmək istəyirsinizsə, deməli:
- Cari halda regionlardan birində yaşayırsınız;
- Sosial mövzular üzrə sosial layihə ideyanız var;
- İdeyanızı həyata keçirmək üçün 1.000AZN - 7.000 AZN arası maliyyə dəstəyinə ehtiyacınız var;
- Nominasiya formasında ideyanızın həyata keçirilməsi üçün lazımi məlumatları dolğun formada qeyd etmisiniz (və ya sizi nominasiya edən şəxs qeyd edib).
Müraciət üçün son tarix: 21 noyabr, 2021
QEYD:
- Layihədə bütün regionlar üzrə yalnız 10 layihə ideyası iştirak üçün seçiləcəkdir;
- Yalnız ilkin mərhələni uğurla tamamlayan şəxslər müsahibə mərhələsinə keçid ilə bağlı e-məktub (və ya zəng) ilə məlumatlandırılacaqdır.