"TOXUM" təqdim edir!
Bu günə qədər 300-dən çox şəxsə müxtəlif mövzuda təlimlər təklif edən, onları öz layihələrini həyata keçirmə fürsəti ilə tanış edən Toxum.org platforması yeni fürsəti Sizlərə təklif edir!
Məhz 1 gün keçirilməsi nəzərdə tutulan "1DƏSTƏK" layihəsində siz də iştirak edin və ideyanızı A-dan Z-yə qədər hazırlayıb, onu həyata keçirin!
Layihə müddətində siz aşağıdakı mövzularla tanış olacaqsınız:
•Kraudfandinq nədir?
•İnvestisiya və Kraudfandinqin müqayisəsi
•Kraudfandinq tarixi
•Azərbaycanda kraudfandinqin tarixindən
•Kraudfandinqin həyata keçirilmə üsulları
•Kraudfandinqin 4 növü
•Kraudfandinqin əlavə funksiyaları – dəyərləri
•Dəyər yaradılması
•Kapital toplanması
•Əlaqələrin qurulması (Networking)
•Məhsulu doğrulatmaq
•Brendinq
•Satış kanalının yaradılması
•Fərqindəliyin yaradılması
•Kraudfandinq prosesi
•Kraudfandinq kampaniyasına hazırlıq
•Kampaniya mərhələsi
•Kraudfandinq kampaniyası sonrası
•İştirakçıların ideyaları üzərində iş.
Layihə zamanı mövzular Toxum.org platformasının həmtəsisçisi Toğrul İsmayılov tərəfindən keçiləcək.
“Yaxşı bir liderin sahib olmalı olduğu ən böyük bacarıq, bir layihəni uğurla idarə etmək bacarığıdır. İnsan Resurslarını təsirli şəkildə idarə etmək, prioritetləri təyin etmək, Strateji Kommunikasiya və Nəticələrin monitorinqi - bunlar 21-ci əsrin menecerinin əsas üstünlükləridir. Kiçik layihələrin müvəffəqiyyətlə idarə olunması böyük bir şirkətin idarə olunması üçün başlanğıc addımlardır” –Toğrul İsmayılov
Layihədə iştirak üçün buradan qeydiyyatdan keçin: