Gəmilər

Kiçik həcmli gəmilərin dövlət qeydiyyatı

Qeydiyyatı aparan qurum: Azərbaycvan Respublikası Fövqəladə Hallar Nazirliyi Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi Lazımı sənədlər: 1. Ərizə  2. Gəmi sahibinin şəxsiyyətini təsdiq edən sənəd; 3. Azərbaycan Respublikası ərazisində yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün gəmi sahibi və ya onu əvəz edən səlahiyyətli şəxsin qanunvericilikdə nəzərdə tutulmuş qaydada şəxsiyyətini təsdiq edən sənəd.   Gəminin və mühərriklərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada əldə edilməsini təsdiq edən sənədlərin əsli və surəti (aşağıda göstərilən sənədlərdən ən azı biri təqdim olunmalıdır):   4. qaimə; 5. alqı-satqı və ya bağışlanma müqaviləsi; 6. vərəsəlik haqqında şəhadətnamə; 7. xarici dövlətlərin dövlət gəmi reyestrindən çıxarılmasını təsdiq edən sənəd; 8. müfəttişlik tərəfindən gəminin istismara yararlı olması haqqında təqdim olunmuş texniki baxış aktı; 9. zavodda istehsal olunan gəmilərə, əsas və ya asma mühərriklərə aid olan texniki sənədlərin əsli və surəti; 10. gəminin dövlət qeydiyyatına alınması üçün müəyyən edilmiş haqqın ödənilməsini təsdiq edən sənəd; 11. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hüquq müəyyən edən sənədlər.   Hüquqi şəxsə məxsus olan gəminin dövlət qeydiyyatı üçün yuxarıda göstərilənlərdən əlavə aşağıdakı sənədlər təqdim olunur:   12. hüquqi şəxsin dövlət qeydiyyatını təsdiq edən şəhadətnamənin əsli və surəti; 13. qeydiyyatdan keçirilən gəminin, müəssisənin balansında olması haqqında arayış; 14. gəminin istismarına görə məsul şəxsin təyinatı haqqında, müəssisə rəhbəri tərəfindən verilmiş əmrin surəti; 15. dövlət qeydiyyatı üçün lazım olan sənədləri Müfəttişliyə təqdim edən şəxsə verilmiş etibarnamə.

Tarix: 10 Oktyabr 2017


  TOP
Layihəyə dəstək ol