campaign-7 müddətİ bİtİb
  • BİTMƏYİNƏ qaldı:

    müddətİ bİtİb!

  • Hədəf

    5500 AZN

  • Toplanılan Məbləğ

    1188 AZN

#ADOoda8

AZE

#ADOoda8

Tariximizdə ilk müstəqil-modern teatr kimi yer alan və mədəni irsimiz ADO (Azərbaycan Dağınıq Oda teatrı) dalğasının yeni rezonansını bölüşməyə hazırlaşır. Bu dalğa 2013-cü ildə Topçubaşov küçəsindəki kiçik bir otaqda “Oda” adı ilə başladı. Burulğan Oda-nı illərlə Bakının müxtəlif küçələrindən müxtəlif məkanlarına fırladaraq ADO-ya çevirdi və pandemiya-müharibə dönəminə tuş gətirdi: teatr ötən il 10 mart milli teatr günündə 6-cı məkanını da itirdi. Teatrların fəaliyyətinə məhdudiyyət qoyulduğu bir məqamda biz 7-ci “məkana” - “Qış Parkı”na üz tutmağı seçdik. Bu səbəbdən ötən il məkanı qorumaq üçün edilən ianə takliflərini qəbul etməyi məqbul hesab etmədik.

Biz uzun axtarışlardan sonra sehirli bir məkanla rastlaşdıq. Həmin məkan vasitəsilə bu dalğanı sizlərə ötürməyə hazırıq.  Bünövrəsi 155 il öncə qoyulmuş, qarşımıza çıxan bu yeni məkan da teatra yeni baxışdan doğan enerjimizə səhnə rolunu oynamağa hazırdır. Bunu sizinlə birgə yaşamaq üçün sizinlə birgə addım atmaq qərarı verdik: hədəf kimi qoyduğumuz, məkanın icarə və təmiri üçün zəruri olan məbləği toplayaraq birlikdə bu tarixi hadisəyə yeni istiqamət vermiş olacağıq.   Məkanın girişində bizi #ADOoda8 lövhəsi qarşılayacaq. Bu lövhədə ianə edənlər öz adını görə bilər və bu lövhə ADO tarixində ilk ianə kampaniyasının izi kimi qalacaq.

Ölkə xaricindən dəstək olmaq üçün buraya klikləyin.

Saytda toplanılan məbləğdən əlavə #ADOoda8 şəxsi hesabına 1000 AZN dəstək göndərilmişdir.

ENG

#ADOoda8 

Throughout our history, ADO, which is the first independent contemporary theatre and our heritage, is ready to share his new tide with you. The trend, called “ODA”, started in a constricted room in Topchubashov street in 2013. Circumstances transformed “Oda” into “ADO” by performing in the streets of Baku, and ADO made theough the pandemic and wartime. Consequently, “ADO” lost its 6th venue last year on the 10th of March on the National Theatre Day. During the period of limited acting, we chose to turn our destination to “Winter park” which was the 7th venue. For this reason we considered unacceptable suggestion of donations to protect the venue.  After a long exploration, we encountered this enchanting venue. We are ready to transmit this enthusiasm to you through this venue. To experience this with you, we have decided to take a joint step; by collecting the money required to repair the venue and for the rent, which we have set as our target, we will give a new direction to this historic event  In entrance a board with written #ADOoda8 will welcome you. People who donated can see their names, and this board leaves a trail as the first donation organization of history of ADO

Click here to support from abroad.

In addition to the amount collected on the site, 1000 AZN support was sent to the personal account of # ADOoda8

RU

#ADOoda8

Как первый независимый современный театр в нашей истории, наше культурное наследие готовится разделить новый резонанс волны АДО. Эта волна началась в 2013 году в небольшом помещении на улице Топчубашова под названием «ОДА». На долгие годы ураган превратил Ода в АДО, превратив ее из другой улицы Баку в эпоху пандемии войны: театр потерял шестую площадку в День национального театра 10 марта прошлого года. В то время, когда театры ограничены, мы выбрали 7-е "место" - "Зимний парк". По этой причине, мы не сочли приемлемым принимать пожертвования, сделанные в прошлом году. После долгих поисков мы наткнулись на волшебное место. Мы готовы передать эту волну вам через это пространство. Основанное 155 лет назад, это новое пространство готово сыграть роль сцены для нашей энергии, рождённой из нового взгляда на театр. Мы решили сделать этот шаг вместе с вами, чтобы жить с вами: вместе мы дадим новое направление этому историческому событию, собрав намеченную нами сумму, необходимую для аренды и ремонта помещения. При входе на площадку нас встречает табличка #ADOoda8. Благотворители  могут видеть свои имена на этой табличке и эта табличка останется следом первой благотворительной кампании в истории АДО.

Нажмите здесь, чтобы дать поддержку из-за.

В дополнение к сумме, собранной на сайте, на личный счет#ADOoda8 была отправлена ​​поддержка 1000 AZN.



  TOP
Layihəyə dəstək ol