campaign-7 müddətİ bİtİb
  • BİTMƏYİNƏ qaldı:

    müddətİ bİtİb!

  • Hədəf

    2800 AZN

  • Toplanılan Məbləğ

    1711 AZN

"Anti-Dron Sistemlərinin Hazırlanması" Elmi İşinə Dəstək

Müəllif və Layihə Haqqında

Mən Tərlan Əhədli, Bakı Ali Neft Məktəbinin Avtomatlaşdırma Mühəndisliyi ixtisasının sonuncu kurs tələbəsiyəm. Uşaqlıqdan texnologiya və texniki elmlərə dərin marağım olub. Bundan əlavə bir çox elmi-texniki yarışmalarda iştirak etmiş və xüsusi mükafatlarla təltif olunmuşam.

Apr, 2015 | Azərbaycan Respublikası Fənn Olimpiyadaları - Fizika, Respublika üzrə Bürünc medal

Sen, 2016 | Qızıl attestat və Qızıl medal

Dek, 2018 | CanSat 2020 - Hava Telemetriya Cihazının Hazırlanması, 2-ci yer

Mar, 2019 | Kiber Təhlükəsizlik Həftəsi, Hakaton, 1-ci yer

Apr, 2019 | Tələbələrin Birinci Elmi Konfransı - Avtonom maşın prototipinin hazırlanması, 1-ci yer

Akademik fəaliyyətim və elmi işlərim haqqında geniş məlumat almaq üçün CV-mə müraciət edə bilərsiniz: https://bit.ly/3oZelhr

Sonuncu kurs universitet tələbəsi olaraq üzərində işlədiyim elmi iş üçün maliyyə dəstəyi axtarıram. Dronların II Qarabağ müharibəsində aktiv istifadəsinin şahidi olduqdan sonra mən qərara gəldim ki, əks-dron sistemləri üzərində işlər həyata keçirim və dissertasiya işimi "dronların səs üsulu ilə təyin edilməsi və yerinin müəyyən edilməsi"nə həsr edim.

Həmin mövzu barədə yazılmış ədəbiyyatı araşdırdıqdan sonra 2 yeni özüməməxsus həll yolu tapdım və qərara gəldim ki, bu sahəyə aid tapdığım yenilik barədə elmi iş yazım və beynəlxalq akademik jurnallara göndərim. Ancaq hər şeydən əvvəl nəzəriyyələrimin işlək olduğunu sübut edə bilmək üçün mənim avadanlıqlara ehtiyacım var. Bu isə özlüyündə 2800 Manat pul tələb edir. Bunu da qeyd edim ki, artıq aylardır ki, həm universitetimə, həmçinin bir neçə dövlət orqanına müraciət etməyimə baxmyaraq əsaslı cavabı ala bilməmişəm. 

Adı çəkilən elmi iş əgər öz təsdiqini taparsa bu həm ölkəmizin Müdafiə Sənayesinə, həmçinin Mülki dron təhlükəsizliyi məsələsinə öz böyük töhfəsini vermiş olar və biz də qlobal bazara öz milli məhsulumuzla çıxa bilərik.

 

Hədiyyə və İmtiyazlar

Elmi işimə dəstək verən şəxs və ya şirkətə bağışladığı məbləğin miqdarından aslı olaraq müəyyən hədiyyələr təqdim ediləcək. 

500+ AZN | Şəxs və ya şirkətin adı beynəlxalq jurnalda çap edilən elmi işdə təşəkkürnamə şəklində qeyd ediləcək. 

100+ AZN | Şəxs və ya şirkət nümayəndəsi metodun testi zaman gələrək nəzəriyyənin effektivliyini bizimlə birgə test edə biləcək.

50+ AZN | Elmi işin jurnalda çapından sonra həmin şəxs və ya şirkət nümayəndələrinə dəvətnamə göndəriləcək və təşkil edilmiş vebinar və ya seminarda elmi-populyar dildə metod onlara da izah ediləcək. 

QEYD: Hər yuxarı məbləğli imtiyaz sahibi aşağı məbləğdə qeyd edilmiş imtiyazlara da sahib olur. 

Yardımın məbləğından aslı olmayaraq elmi iş barədə yaşanmış ümumi yeniliklər, alınmış məhsullar və yeni nəticələr akademik işin konfidensiallığını pozmamaqla e-mail vasitəsilə hərkəsə göndəriləcək. 

QEYD: TOXUM.org platforması xaricdən ödənişləri qəbul edə bilmir. Əgər məni xarici ölkədən dəstəkləmək istəyirsinizsə, zəhmət olmasa, [email protected] e-maili vasitəsi ilə mənimlə əlaqə saxlayın.

 

Sosial Mediya Hesabları

LinkedIn: https://www.linkedin.com/in/tarlanahad/

Medium: https://medium.com/@tarlanahad

 




  TOP
Layihəyə dəstək ol