campaign-7 müddətİ bİtİb
  • BİTMƏYİNƏ qaldı:

    müddətİ bİtİb!

  • Hədəf

    5000 AZN

  • Toplanılan Məbləğ

    0 AZN

Balaca kaşiflər

"BALACA KAŞİFLƏR" adlanacaq mərkəzimizin yaradılması üçün dəstəyinizə ehtiyacımız var.Mən bu işdə tək olmayacam,böyük bir komanda ilə bu layihəni gerçəkləşdirməyi düşünürük.Biz ilk öncə bir otaq kiralayıb,həmin otağı dizayn etdirəcək,daha sonra otağı avadanlıqlarla təmin edəcəyik.Bunlar reallaşdıqdan sonra otaq uşaqlarımızın istifadəsinə veriləcək.Sual oluna bilər ki, layihəmizin məqsədi nədir? Siz bilirsiniz ki, artıq dünyada texnika nə dərəcədə inkişaf edib,kosmosa olan maraq,kəşf etmək istəyi isə gündən-günə daha da artır.Bu layihəmizin məqsədi də odur ki,bizim ölkəmizdə də bu maraq oyansın.Əsas da uşaqlar arasında.Çünki gələcək onlardadır.Həmçinin,biz düşünürük ki, məktəblərimizdə uşaqlara elmi,kosmosu göstərərək öyrətmirlər.Bu da onlarda həmin sahələrə həvəs yaratmır.Bizim mərkəzimizdə isə uşaqlar,fizika,kimya,biologiyaya aid müxtəlif təcrübələr aparacaqlar, texnikalar düzəltməyə çalışacaqlar,bu da onlarda böyük marağa səbəb olacaq.Əlavə olaraq qeyd etmək istəyirəm ki, bu mərkəzin giriş haqqını çox münasib bir qiymətə etməyi qərarlaşdırmışıq,çünki hər bir ailənin övladının faydalanmasını istəyirik.Gəlin bu layihəni birlikdə həyata keçirək,övladlarımız gələcəyin alimlərindən birinə çevrilsin.



  TOP
Layihəyə dəstək ol