campaign-7 müddətİ bİtİb
  • BİTMƏYİNƏ qaldı:

    müddətİ bİtİb!

  • Hədəf

    5000 AZN

  • Toplanılan Məbləğ

    110 AZN

Birincilər

KitabGəzər komandası 2019-cu ilin avqust ayından etibarən fəaliyyət göstərir. 1 ildən artıq müddətdə ümumilikdə 13 müxtəlif bölgəyə olmaqla 20 dəfə səfərlər edilib. Bu səfərlər zamanı 2000-dən artıq kitab bölgələrə çatdırılıb. 

Həmçinin karantin müddətində də #100 qəhrəman kampaniyası çərçivəsində Füzuli, Quba və Tərtər rayonlarına, eləcə də "Biganə qalma" komandası ilə əməkdaşlıq çərçivəsində ehtiyacı olan ailələrin uşaqlarına 800-ə yaxın kitab göndərdik.

İndi isə birinciləri sevindirmək qərarına gəldik. Operativ Qərargah tərəfindən verilən son informasiyadan da məlum oldu ki, ibtidai sinif şagirdləri 15 sentyabr tarixində tədris ilinə başlayacaqlar. KitabGəzər komandası olaraq bu tarixə qədər sərhəd kəndlərdə 1-ci sinifə başlayacaq 100 şagirdə dəstək olmaq üçün #birincilər kampaniyasına böyük ümidlə start veririk.

Məqsədimiz 100 şagirdi içərisində aşağıda qeyd etdiyim tədris ləvazimatları olan məktəb çantaları ilə təmin etməkdir:

✅ Dəftərlər;✅ Qələmlər;✅ Rəngli karandaşlar;✅ Flomasterlər;✅ Pozan və karandaşyonanlar;✅ Xətkeş;✅ Qələmqabı;✅ Boyama dəftəri;✅ Su qabı və s. 

Hər birimiz fərqindəyik ki, aylardır davam edən işsizlik və fəaliyyətsizlik insanımızı yorub, çarəsiz hala da gətirib. Amma 6 yaşında ilk dəfə təhsil ilə tanış olacaq bir uşağın bu tarixi necə xatırlaması bizdən asılıdır. 

Kampaniyaya istər fərd, istər də şirkət olaraq dəstək olmaq imkanınız var. 

Nə deyirsiz, onların yanında olaqmı?

  TOP
Layihəyə dəstək ol