campaign-7 müddətİ bİtİb
  • BİTMƏYİNƏ qaldı:

    müddətİ bİtİb!

  • Hədəf

    1000 AZN

  • Toplanılan Məbləğ

    910 AZN

Dəstəkçi

                                                                                         DƏSTƏKÇİ

Salamlar, Mən -  Etibar Xıdırov, Xəzər Universiteti sonuncu kurs tələbəsiyəm və hal-hazırda Toxum.org kraudfandinq platformasında layihələr üzrə menecer kimi işləyirəm. Uşaqlıq yaşlarımdan həmişə başqalarına kömək etmək,  yardımçı olmaq istəyim olub və bacardığım qədər bunu fərdi şəkildə eləməyə çalışmışam, ancaq bu gün özümün qarşısında daha geniş səviyyədə bununla bağlı məqsəd qoymuşam. Bu məqsəqlə  bağlı  fikirləşə-fikirləşə düz 1 il bundan  qabaq Dəstəkçi layihəsi ideyası yarandı. Bu ideya məndə yaranandan sonra bunu ətrafımdakı dostlarımla bölüşməyə başladım və nə gözəli ki,  bu layihəyə həyat vermək istəyən  çox gözəl dostlar  oldu ki, onlarla birlikdə bir Dəstəkçi komandası yarandı.  Bəs Dəstəkçi nədir? 

Dəstəkçi -  resurslara ehtiyacı olan şəxs, təşkilat və təşəbbüs qruplarını və onların bu ehtiyaclarını qarşılayacaq  dəstəkçiləri( fiziki şəxslər, şirkətlər, təşkilatlar) onlayn platforma vasitəsilə  bir araya gətirən  sosial sahibkarlıq  layihəsidir. 

Hal-hazırda ölkədə  sosial problemlərin həlli üçün çalışan  xeyli sosial və sosial sahibkarlıq fəaliyyəti göstərən  layihələr, təşəbbüs qrupları, fərdi şəxslər var ki, resurs (fiziki və xidməti) çatışmazlığından əziyyət çəkir və fəaliyyətə başlamaqda  çətinliklə üzləşirlər 

Dəstəkçi layihəsi ilə öz layihəsinə resurs tapmaqda çətinlik çəkən sosial, sosial sahibkarlıq layihələri,  təşəbbüs qrupları və fərdi şəxslərə axtardırdığı resursları bir yerdən, rahat şəkildə əldə etməyə kömək edəcək.

Bizlər ancaq cəmiyyət olaraq bir-birimizə dəstək göstərməklə daha çox inkişaf edəcəyimizə, ən sadəsindən tutmuş, ən mürəkkəb problemlərin üstəsindən gələcəyimizə inanırıq. Bizim üçün cəmiyyətin inkişafına gedən ilk yol birlikdəlik yoludur. Biz cəmiyyət olaraq bir birimizə  dəstəyimizlə  daha yaxşı bir gələcək dizayn edə bilərik.

Bu layihə məhz bu deyilənlərin təkcə söz olaraq qalmasın, həm də əməllərimizlə bunu göstərmək üçün qurulur.

Adına DƏSTƏKÇİ dediyimiz bu layihə  insanların ehtiyac duyduqları zaman  dəstək tapmalarına və bacardıqları zaman kömək edə biləcəkləri yerləri və şəxsləri tapmasında dəstək göstərən  bir layihə olacaq.

Bu  layihə bir kəndin kitab klubuna lazım olan kitablardan tutmuş, sosial layihəyədə  könüllü işləyəcək  insanlara qədər, maddi olmayan bir çox  tələbin istənilməsini əhatə edəcək.Tələblər həm fiziki resurslar olaraq  , həm də xidmətlər şəklində olacaq. 

Platformada həmçinin Şirkətləri QHT-lərlə əlaqələndirərək  Şirkətlərlə Vətəndaş cəmiyyəti arasında əlaqələrin daha da gücləndirilməsi və KSM fəaliyyətlərinin effektivliyini daha da artırmaq məqsədi qarşıya qoyulub . 

Platformadan müxtəlif  təşəbbüs qrupları, QHT-lər, şirkətlər, sosial faəiyyət göstərən təşkilat və layihələr,  sosial sahibkarlıq müəsisələri və fərdi şəxslər öz ehtiyaclarını qarşılaya və bir -birinə dəstək göstərə biləcəklər.

Bizə lazım olan hal-hazırki dəstək bu platformanın( saytın)  qurulması ilə bağlıdır. Platformanın qurulması üçün lazım olan məbləğ 2950 manat  aralığındadır. Bu dəstək olarsa artıq yeni ilin ilk ayında  artıq platforma hazır olub, istifadəçilərin ixtiyarına veriləcək. Bu layihə təkcə bizim, sizin yox, bütün Azərbaycanı əhatə edən hamımızın layihəsi olacaq. Ona görə mən hamınızı bu layihənin bir parçası olmağa və dəstəyinizlə fərq yaratmağa çağırıram.Bu layihədə biz  dəstəkçilərimiz üçün nəzərdə tutduğumuz xüsusi  mükafat və hədiyyələrimiz də var ki, siz bunlarla toxum.org platformasına girib daha ətraflı tanış ola bilərsiniz.  Dəstək göstərmək istəyən dəstəkçilər Toxum.org platformasına girib olub Proyeklər bölməsindən Dəstəkçi layihəsinə daxil olub dəstək göstərə bilərlər.

Dəstəkçi,

Dəstəyinlə Fərq Yarat!

KAMPANİYA  HƏDİYYƏLƏRİ

1 AZN dəstək göstərənlərə 

Sizə sossial media üzərində adınız çəkilməklə təşəkkür ediləcək 

Platformanın təqdim edilmə mərasiminə dəvətnamə əldə edəcəksiniz 

Sizin adınıza özəl olaraq mailinizə  “Təşəkkür sertifikatı”  göndəriləcək

10 AZN dəstək göstərənlərə 

“Dəstəyinlə fərq yarat” sloqanı olan xüsusi yaxa nişanı (rozet) hədiyyə 

Dəstəkçilərə sosial media üzərində ad soyad çəkilməklə təşəkkür ediləcək 

Platformanın təqdim edilmə mərasimində  layihəyə dəstəyiniz ilə bağlı  şəxsən təşəkkür ediləcək

Sizin adınıza özəl olaraq platformanın təqdim edilmə mərasimində“Təşəkkür sertifikatı” təqdim ediləcək

20 AZN dəstək göstərənlərə 

Üzərində layihənin adı və sloqanı olan xüsusi fincan əldə edəcəksiniz 

30 AZN dəstək göstərənlərə 

“Dəstəyinlə fərq yarat” sloqanı olan xüsusi yaxa nişanı (rozet) hədiyyə 

Dəstəkçilərə sosial media üzərində ad soyad çəkilməklə təşəkkür ediləcək 

Platformanın təqdim edilmə mərasimində  layihəyə dəstəyiniz ilə bağlı  şəxsən təşəkkür ediləcək

Sizin adınıza özəl olaraq platformanın təqdim edilmə mərasimində“Təşəkkür sertifikatı” təqdim ediləcək

Üzərində layihənin adı və sloqanı olan  məhsullar olan xüsusi hədiyyə paketi əldə edəcəksiniz 

50 AZN dəstək göstərənlərə 

“Dəstəyinlə fərq yarat” sloqanı olan xüsusi yaxa nişanı (rozet) hədiyyə 

Dəstəkçilərə sosial media üzərində ad soyad çəkilməklə təşəkkür ediləcək

Platformanın təqdim edilmə mərasimində  layihəyə dəstəyiniz ilə bağlı  şəxsən təşəkkür ediləcək

Sizin adınıza özəl olaraq platformanın təqdim edilmə mərasimində“Təşəkkür sertifikatı” təqdim ediləcək

Üzərində layihənin adı və sloqanı olan  məhsulları olan xüsusi hədiyyə paketi əldə edəcəksiniz 

Üzərində layihənin adı və sloqanı olan xüsusi orijinal  eko çanta əldə edəcəksiniz

100 AZN dəstək göstərənlərə 

“Dəstəyinlə fərq yarat” sloqanı  olan xüsusi  rozet hədiyyə əldə edəcəksiniz 

Dəstəkçilərə sosial media üzərində ad soyad çəkilməklə təşəkkür ediləcək

Platformanın təqdim edilmə mərasimində  layihəyə dəstəyiniz ilə bağlı  şəxsən təşəkkür ediləcək

Sizin adınıza özəl olaraq platformanın təqdim edilmə mərasimində“Təşəkkür sertifikatı” təqdim ediləcək

Üzərində layihənin adı və sloqanı olan  məhsulları olan xüsusi hədiyyə paketi əldə edəcəksiniz 

Üzərində layihənin adı və sloqanı olan xüsusi orijinal  eko çanta əldə edəcəksiniz

Platformanın təqdim edilmə mərasimində dəstəkçi olaraq o tədbirə dəvət edilərək orda sizə şəxsən təşəkkür ediləcək  

500 AZN dəstək olanlara (Koorporativ dəstək) 

Şirkətinizin loqosu dəstəkçi-tərəfdaş qismində platformada yer alcaq 

Şirkətinizə sosial media üzərində ayrıca post açmaqla  təşəkkür ediləcək 

Sizin şirkətin adına bu layihəyə dəstəyinizi ifadə edən, özəl olaraq hazırlanmış “Təşəkkür sertifikatı” göndəriləcək

Platformanın təqdim edilmə mərasimində şirkətinizin nümayəndəsini  tədbirə dəvət edilərək orda şirkətinizə layihəyə dəstəyiniz ilə bağlı  şəxsən təşəkkür ediləcək  

“Dəstəkçi” komandası ilə səhər yeməyinin yeyilməsi və layihənin gələcək planları ilə bağlı danışıq 

  TOP
Layihəyə dəstək ol