campaign-7 müddətİ bİtİb
  • BİTMƏYİNƏ qaldı:

    müddətİ bİtİb!

  • Hədəf

    1200 AZN

  • Toplanılan Məbləğ

    522 AZN

Dr. Səid - İkinci ruhun kölgəsi

Əziz dostlar, "Dr. Səid - Bir milyonluq xəyanət" kitabının davamı olan "Dr. Səid - İkinci ruhun kölgəsi" nəşrə hazırlanır. Mən istəyirəm ki, kitabı səbirsizliklə gözləyən oxuculara öncədən endirim olunsun. Bunun üçün Siz kitabınızı indidən sifariş etməlisiniz, bununla Siz kitabınıza satış qiymətindən daha aşağı qiymətə sahib olacaqsınız. Həmçinin kitabın çapına dəstək olaraq adınızı kitaba yazdıra da bilərsiniz.

Kitabın rəsmi satış qiyməti 8 manat 50 qəpik olacaq (8.50 Manat).

Beləliklə,

6 manat ödəməklə

Çapdan sonra 1 ədəd "İkinci ruhun kölgəsi" kitabına sahib olacaqsınız

10 manat ödəməklə

Çapdan sonra 1 ədəd "İkinci ruhun kölgəsi" kitabına sahib olacaqsınız və adınız "Dəstəkçilər" siyahısında kitaba yazılacaq.

20 manat ödəməklə

Çapdan sonra 1 ədəd "İkinci ruhun kölgəsi" kitabına sahib olacaqsınız, adınız “Dəstəkçilər” siyahısında kitaba yazılacaq və kitabın içində "Bu kitab "(burada Sizin ad və soyadınız olacaq)" üçün çap olunmuşdur" yazılmış əlfəcin olacaq.

Kitab aprel ayının əvvəli nəşr olunacaq və bu barədə sizə dərhal məlumat gələcək. Sizin adınıza çap olunmuş kitabınızı “Nizami” metrosunun yanında yerləşən “Mücrü” nəşriyyatından götürəcəksiniz. Hətta biz də çatdıra bilərik. Bütün hallarda Sizin üçün çap olunmuş kitab Sizə çatacaq!

Təşəkkür edirəm!

Hörmətlə, 

Vüsal Aydın.

 

 

Redaktor sözü (kitab haqqında)

“İkinci ruhun kölgəsi” romanı yazıçı Vüsal Aydının “Dr. Səid” trilogiyasının ikinci kitabıdır. İlk kitab olan “Bir milyonluq xəyanət”də taleyi naməlum qalan obrazların üzərindəki sirr pərdəsi “İkinci ruhun kölgəsi”ndə qalxır, “Akif Süleymanov işi” Dr. Səid tərəfindən açılır.

Roman qəribə, anlaşılmaz bir ölüm hadisəsi ilə başlayır və biz Dr. Səidlə birlikdə insan psixologiyasını alt-üst edən hadisələr burulğanına düşürük. Bütün bunlara baxmayaraq, əsəri tamamilə psixoloji detektiv hesab etmək doğru olmaz. Romanda detektiv əsərlərə xas olan detallar ustalıqla işlənsə də, “İkinci ruhun kölgəsi” daha çox psixoloji roman həvəskarlarını məmnun edəcək.

...Birləşmiş Krallıqda böyümüş və təhsil almış, əsərlərini ingilis dilində yazan və yayımlayan soyuqqanlı yazıçı Çinar...

...Həyat yollarında azıb qalmış, dəfələrlə intihara cəhd edən Banu...

...Qatil psixologiyasını anlamağa çalışan Aida...

...”4+1 Qardaşları” və s. Bütün bunlar əsərə xüsusi rəng qatır.

”Bir milyonluq xəyanət” romanından oxuculara yaxşı tanış olan iti zəkalı, müşahidə qabiliyyəti ilə qanun keşikçilərini belə heyrətləndirən Dr. Səid “ustalıqla işlənmiş cinayət”in üstünü aça biləcəkmi? 

...Qurduğu xəyal dünyasında hər şeyin nizamlı və nəzarətdə olduğuna inanan yazıçı ədalət axtarışında olan detektivi inandıra biləcəkmi?

...Yazıçı və detektiv qarşı-qarşıyadır.

...Ağlın, zəkanın və yaradıcılığın mübarizəsindən qalib çıxan isə zəkasını ən doğru işlədən olacaq...

Trilogiyanın ilk kitabı, psixoloji detektiv janrında qələmə alınmış ”Bir milyonluq xəyanət” oxucular tərəfindən rəğbətlə qarşılandı. Əminəm ki, bu kitab daha da maraqla oxunacaq.




  TOP
Layihəyə dəstək ol