campaign-7 müddətİ bİtİb
  • BİTMƏYİNƏ qaldı:

    müddətİ bİtİb!

  • Hədəf

    1000 AZN

  • Toplanılan Məbləğ

    76 AZN

KitabGəzər

 

Yəqin ki, şəhərdə yaşasaq da, sizlərin də yolu ildə heç olmasa bir dəfə rayonlarımızdan, kəndlərimizdən keçir. Bizi gözəlliyi, insanlarının səmiyyəti ilə valeh edən bu kəndlərdə təhsilə, informasiyaya, kitabxanalara və bənzəri resurslara əlçatanlığı görünəndən qat-qat aşağıdır. Böyük şəhərlərdə isə resurslara əlçatanlıq tam əksinədir. Biz bu reallıqla 2 il bundan əvvəl üzləşdik və ağlımıza gələn ilk fikir belə idi: "İki tərəf arasında körpü yaratmalıyıq. İnsanlar kitabxanalara getmirsə, kitabxanalar insanlara doğru getməlidir!" Beləliklə, "KitabGəzər" layihəsi ortaya çıxmış oldu. 

 

Bu günə qədər 24 bölgədəki 48 fərqli kənd, mərkəz və ya məktəblərə 3000-dən çox kitab, 200-ə yaxın məktəb ləvazimatları ilə dolu məktəbli çantaları çatdırmış, "KitabGəzər" düşərgəsi, "Gənc müəllimlərin yay məktəbi", "KitabGəzər" Kitab Klubu, #100qəhrəman, #birincilər, #sevincpayı, #gələcəküçünöyrət kimi proqramları həyata keçirmişik. 

 

Bu kraudfandinq kampaniyasını başlatmaqda məqsəd, növbəti il ərzində seçdiyimiz 3 əsas istiqamət üzrə görəcəyimiz işlərdə bizə dəstəkçi olacaq #100qəhrəman, yəni 100 abunəçi tapmaqdır.

 

Seçilən istiqamətlərimizə nələr daxildir?

 

20-dən çox ucqar kənd məktəbində "KitabGəzər" kitabxanalarının formalaşdırılması;

Bakı, Gəncə və Şəkidə yerləşən 7 uşaq evi və sığınacaqda "KitabGəzər" kitabxanalarının formalaşdırılması;

13-17 yaş aralığındakı qızlarımızın məktəb ləvazimatları, repititor xərclərini qarşılayan, gərəkli hallarda psixoloq, hüquqşünas və karyera məsləhətçilərinin dəstəyini özündə cəmləyən təhsil proqramımızın həyata keçirilməsidir.

 

Siz də bu proseslərin bir hissəsi olmaq istəyirsinizsə, 10 AZN ödəməklə, bu kampaniyaya qoşulan 100 qəhrəmandan biri ola bilərsiniz.

 

Biz "KitabGəzər" komandası olaraq, təhsilin və mütaliənin insan həyatını dəyişəcək gücə sahib olduğuna inanırıq. Bizə dəstək olmaqla bu gücü ucqar kəndlərdə, uşaq evi və sığınacaqlarda yaşayan dostlarımıza çatdıra bilməmizə şərait yaradacaqsınız.



  TOP
Layihəyə dəstək ol