campaign-7 müddətİ bİtİb
  • BİTMƏYİNƏ qaldı:

    müddətİ bİtİb!

  • Hədəf

    300 AZN

  • Toplanılan Məbləğ

    45 AZN

KitabGəzər #sevincpayı

Fəaliyyətimizin ilk ilində Bakı, Lənkəran, Şəki şəhərləri və Ağdam, Bərdə, Tərtər, Füzuli, Biləsuvar, Tovuz, Ağstafa, Gədəbəy, Daşkəsən, Quba, İsmayıllı, Cəlilabad, Sabirabad rayonlarına 20-dən çox səfərimiz baş tutmuş, nəticədə 3000-ə yaxın kitabı, yüzlərlə məktəbli çantalarını şagirdlərə çatdıra bilmişik.

Əlavə olaraq, “KitabGəzər” düşərgəsi ilə Ağdam, Bərdə və Tərtər rayonlarından olan abituriyentləri Bakı şəhərində qonaq etmiş, universitetlərə, şirkətlərə səfərlərini, rol modellərlə görüşlərini həyata keçirmişik. 

#gələcəküçünöyrət proqramı çərçivəsində isə könüllü İngilis dili müəllimlərimiz müxtəlif bölgələrdən olan onlarla şagirdi 2 aylıq onlayn dərslərə cəlb etmişlər.

Məhz #sevincpayı kampaniyası çərçivəsində bu günə qədər 300 uşağı sizin də dəstəyinizlə sevindirə bilmişik! Novruz bayramında kəndlərə yollanmaq üçün kampaniyamız yenidən başlayır.

KitabGəzər bu dəfə Lerik, Yardımlı, Quba və Qusar rayonu kəndlərindəki uşaqların görüşünə gedəcək!

Bağlamalarda olacaqdır: oyuncaqlar, bədii kitablar (boyama kitabları), məktəb ləvazimatları, uşaq qidaları (şirniyyatlar, meyvə suyu və s.)

  TOP
Layihəyə dəstək ol