campaign-7 müddətİ bİtİb
  • BİTMƏYİNƏ qaldı:

    müddətİ bİtİb!

  • Hədəf

    1950 AZN

  • Toplanılan Məbləğ

    2036 AZN

Nəzrin FAMU-da

Salam, əziz dostlar!

Sizə müraciət edərək dəstəyinizi xahiş etmək istəyirəm.

Bildiyiniz kimi Azərbaycanda animasiya sahəsi üzrə ali təhsil hələ ki, mövcüd deyil. Bu səbəbdən öz təhsilimi davam etdirmək üçün və Azərbaycan animasiyasına daha çox töhfələr vermək üçün xarici ölkəyə üz tutdum. Çexiya Respubliksasının paytaxtı Praqada yerləşən Səhnə Sənətləri Akademiyasının Kino və Televiziya fakültəsinin “Academy Preparation Program – Animation” adlı bir illik intensiv animasiya proqramına qəbul olundum.

FAMU-ya qəbul olunmaq, orada təhsil almaq və animasiya üzrə peşəkar təhsil almaq bir çox gənclər kimi mənim də ən böyük arzumdur. Bildiyiniz kimi, FAMU-nun məzunları arasında Miloş Forman, Emir Kusturitsa, Aqneşka Holland və diqər məşhur kimi çox tanınmış kinematoqrafçılar olmuşdur. FAMU-nun yerli və xarici tələbələri çox uğurlu karyera qurur, məşhur festivallarda öz ölkələrini təmsil edirlər və hətta Annecy və Oskar mükafatının laureatları olurlar. Mən də bu məktəbdə təhsil almaq və Azərbaycanı beynəlxalq səviyyədə təmsil edərək, Azərbaycan animasiyasına töhfələr vermək istəyirəm.

Əziz dostlar!

Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, FAMU-nun təhsil xərcini ailəm qarşılaya bilmir. Bu səbəbdən Sizə müraciət edirəm! Yolumu OSCAR mükafatına qədər görürəm! Əgər Siz bu yolda mənə dəstək olsanız, çox minnətdar olaram!

Sevgilərlə,

Nəzrin

 

MÜKAFATLAR:

15 AZN ödədikdə:

  • Adınızı tələbə filmimin titrlərində “Dəstəkçilər” siyahısında qeyd edəcəm
  • Sizə təşəkkür e-maili göndərəcəm

50 AZN ödədikdə:

  • Adınızı tələbə filmimin titrlərində “Dəstəkçilər” siyahısında qeyd edəcəm
  • Sizə təşəkkür e-maili göndərəcəm
  • Sizə poçt ilə öz işim olan print açıqçanı göndərəcəm

150 AZN ödədikdə:

  • Adınızı tələbə filmimin titrlərində “Dəstəkçilər” siyahısında qeyd edəcəm
  • Sizə təşəkkür e-maili göndərəcəm
  • Sizə poçt ilə öz işim olan print açıqçanı göndərəcəm
  • Kağız üzərində orijinal “Günəş”  adlı rəsm kolleksiyamdan bir orijinal əsəri Sizə poçt ilə göndərəcəm
  • Tələbə filmimi ilk Siz izləyəcəksiniz

500 AZN ödədikdə:

  • Adınızı tələbə filmimin titrlərində “Dəstəkçilər” siyahısında qeyd edəcəm
  • Sizə təşəkkür e-maili göndərəcəm
  • Sizə poçt ilə öz işim olan print açıqçanı göndərəcəm
  • Kağız üzərində “Bacılar” adlı rəsm kolleksiyamdan bir orijinal əsəri Sizə bağışlayacam
  • Tələbə filmimi ilk Siz izləyəcəksiniz
  • ANİMAFİLM məktəbinin istənilən kursunda ödənişsiz iştirak əldə edəcəksiniz

1000 AZN ödədikdə:

  • Adınızı tələbə filmimin titrlərində “Dəstəkçilər” siyahısında qeyd edəcəm
  • Sizə təşəkkür e-maili göndərəcəm
  • Praqadan Sizə poçt ilə öz işim olan print açıqçanı göndərəcəm
  • Kağız üzərində “Bacılar” adlı rəsm kolleksiyamdan bir orijinal əsəri Sizə bağışlayacam
  • Tələbə filmimi ilk Siz izləyəcəksiniz
  • ANİMAFİLM məktəbinin istənilən kursunda ödənişsiz iştirak əldə edəcəksiniz
  • Kətan üzərində “Günəş” adlı rəsm kolleksiyamdan bir orijinal əsəri Sizə bağışlayacam

 

QEYD: FAMU-nun “Academy Preparation Program – Animation” adlı animasiya proqramının ümumi təhsil haqqı 14 000 avrodur. Bu kraudfandinq kampaniyası vasitəsi ilə ümumi təhsil haqqının bir hissəsini toplamaq niyyətindəyəm. Əgər ümumi təhsil haqqını toplaya bilməsəm, kraudfandinqdə toplanılan vəsait ANİMAFİLM School-un layihələrinə xərlənəcək. Əgər mənə ümumi təhsil haqqını toplmağa yardımçı olsanız, çox sevinərəm. Öncədən təşəkkür edirəm!

QEYD: TOXUM.org platforması xaricdən ödənişləri qəbul edə bilmir. Əgər məni xarici ölkədən dəstəkləmək istəyirsinizsə, zəhmət olmasa ödənişi şəxsi PayPal həsabıma edin: [email protected] Əgər məni digər yol ilə dəstəkləmək istəyirsinizsə, zəhmət olmasa, həmin e-mail vasitəsi ilə mənimlə əlaqə saxlayın.









  TOP
Layihəyə dəstək ol