campaign-7 müddətİ bİtİb
  • BİTMƏYİNƏ qaldı:

    müddətİ bİtİb!

  • Hədəf

    2500 AZN

  • Toplanılan Məbləğ

    40 AZN

One Pilgrim

Salam.

Mən, Toğrul Hacıyev, 27 yaşım var. Qafqaz Universiteti məzunuyam. Dizayn üzrə 9 illik təcrübəm var. Həyatın ironyasına baxın ki, işsizəm. 2012-ci ildən başlayaraq qrafik dizayn, rəsm, musiqi, dərzilik, geyim dizaynı, şərabçılıq və s., kimi bir çox sahələrdə özümü inkişaf etdirmək üçün təlimlər və dərslər almışam. İşlədiyim bir çox yerlərdə əmək istismarına və gənc olduğum üçün az maaş verdiklərinə görə sonda məcbur qalıb işdən ayrılmışam. Hal-hazırda dərzilik dərsləri alıram və şəxsi geyim butikimi yaratmaq istəyirəm. Ancaq nə ailəmdən, nə də tanıdığım hər hansı birindən dəstək tapmışam. Son olaraq da belə bir yol sınamaq qərarına gəldim. Çünki başqa bir yol ağlıma gəlmir. Hal-hazırda "cosplay" və şəkillərdə heyran-heyran baxdığımız geyimlər kimi geyimlər dizayn etməyə çalışıram, təbii ki, yeni tərzdə. Əlimdə alətlərim olmadığı üçün işimi inkişaf etdirə bilmirəm. Əlimdə olan yeganə alətim, sovetdən qalma, təmirə ehtiyacı olan bir ədəd paltar tikəndir. Yəni, edə biləcəyiniz hər ianəyə ehtiyacım var. Bunun üçün hər şeyi bir kənara qoyub sizdən dəstək gözləyirəm. Əvvəlcədən də, bu, diqqətiniz üçün minnətdar olduğumu deməyi özümə borc bilirəm.

Bu butikdə öz əlişim olan dizaynları həm daha keyfiyyətli materiallardan həm də daha real qiymətlərlə sizə təqdim etmək istəyirəm. Hətta, istədiyiniz geyimi birlikdə dizayn edib tikməyi sizə təklif edirəm. Mən bildiyim hər şeyi bölüşməyə və bu işi həqiqi sevən insanları bir araya toplamağa hazıram.

İanə etdiyiniz hər məbləğ işin qurulmasına sərf olunacaq və öyrəndiyim hər şeyi öyrənmək istəyənlərlə bölüşməyimə kömək edəcəm. İanə sahiblərinə etdiyi ianədən asılı olaraq endirim və ya hədiyyələr olunacaq. 

 

  • 5-10 manat arası ianələrə ilk sifariş üçün 10% endirim (yanlız T-shirt üçün nəzərdə tutulur) 

 

  • 10-20 manat arası ianələrdə ilk sifarişlərə 15% endirim. (yanlız T-shirt üçün nəzərdə tutulur)

 

  • 20-50 manat arası ianələrdə isə 6 aylıq endirim kartı. (bütün məhsullarda 10% endirim)

 

  • 50-100 manat arası ianə edən şəxslərə ilk sifarişində 25% endirim ( maya dəyərinə ). Daha sonrakı 6 ay boyunca olan bütün sifarişlərinə 15% endirim. (T-shirt və Totebaglərə aid olunur.)

 

  • 100 manat və üzəri ianə edənə xüsusi dizayn edilmiş T-shirt hədiyyə.   

 

Birlikdə həyatı daha rəngarəng və maraqlı bir yerə çevirək...

İanə edə bilməsəniz paylaşaraq, dəstək ola bilərsiniz. İanə mütləq pul olmalı deyil.

__________________________________________________________________________________________

Hello.

My name is Togrul Hajiyev, I am 27 years old. I am a graduate of Qafqaz University. I have 9 years of experience in design. Look at the irony of life that I am unemployed. Since 2012, I have received training and classes to develop myself in many areas, such as graphic design, painting, music, tailoring, clothing design, winemaking, etc. In many places where I worked, I was forced to resign because of labor exploitation and low salary because I was young. I am currently taking tailoring classes and want to create my own clothing boutique. But I did not get any support from my family , anyone or anywhere that I knew. Finally, I decided to try such a way. Because I can't think of another one. At the moment, I'm trying to design clothes like "cosplay" and the ones we admire in the pictures, of course, in a new way. I can't develop my business because I don't have tools. The only tool I have is a Soviet-era sewing machine that needs to be repaired. That is why, I need every donation you can make. For this, I put everything aside and expect your support.  I owe it to myself to say that I am grateful for your attention from advance.

I would like to present to you the designs I have in this boutique, both from better materials and at more realistic prices. I even offer you to design and sew the clothes you want together. I am ready to share everything I know and bring together people who truly love this work.

Every amount you donate will be used to build the business and I will help you share everything I have learned with those who want to learn. Donors will receive discounts or gifts depending on their donation.

If you can't donate, you can support by sharing. Donations do not have to be money.






  TOP
Layihəyə dəstək ol