campaign-7 müddətİ bİtİb
  • BİTMƏYİNƏ qaldı:

    müddətİ bİtİb!

  • Hədəf

    4000 AZN

  • Toplanılan Məbləğ

    30 AZN

Şəhla Charles Universitetində

Salam, əziz dostlar!

Sizə müraciət edərək dəstəyinizi xahiş etmək istəyirəm. 

Mən Şəhla Babayeva Orta Doğu Texnik Universitetinin Sosiologiya fakultəsindən fevral ayında 3 il yarım vaxt ərzində 3.68 ortalama ilə yüksək fəxri tələbə olaraq məzun olmuşam. Bu nəticə isə uğurlu və çalışqan bir tələbə olduğumu göstərir. 

Təhsilimi Çexiya Respublikasının paytaxtı Praqa şəhərində yerləşən dünyanın ən yaxşı universitetlərindən biri Charles Universitetində İctimai və Sosial Siyasət (Public and Social Policy) sahəsində magistr oxuyaraq davam etdirmək istəyirəm. Xəyalım gələcəkdə uğurlu sosioloq olaraq cəmiyyətin problemlərinin həllində yaxından iştirak etməkdir. 

Belə ki, təhsil haqqım ilk semester üçün universitetin də verdiyi təqaüd vasitəsilə ödənilsə də Praqaya köçə bilməyim üçün maddi dəstəyə ehtiyacım var. Sığorta, viza, təyyarə bileti, yataqxana və digər lazımlı xərclər isə ümumilikdə 2000€ təşkil edir. İnanıram ki, Praqaya köçə bilsəm təhsilimlə yanaşı iş taparaq özüm xərclərimi qarşılaya biləcəm. 

 

MÜKAFATLAR: 

 

15 AZN ödədikdə: 

•    Sizə təşəkkür e-maili göndərəcəm 

 

50 AZN ödədikdə: 

•    Sizə təşəkkür e-maili göndərəcəm 

•    Sizə magistr tezisimdə təşəkkür edəcəm 

 

100 AZN ödədikdə: 

•    Sizə təşəkkür e-maili göndərəcəm 

•    Sizə magistr tezisimdə təşəkkür edəcəm 

•    Sizə Praqadan poçta vasitəsilə açıqca göndərəcəm 

 

500 AZN ödədikdə: 

•    Sizə təşəkkür e-maili göndərəcəm 

•    Sizə magistr tezisimdə təşəkkür edəcəm 

•    Sizə Praqadan poçta vasitəsilə açıqca göndərəcəm 

•    Sizə Praqadan poçta vasitəsilə suvenir göndərəcəm

 

Dəstəyiniz vasitəsilə Praqaya gedib xəyalımdakı ixtisas üzrə təhsilimə davam edə bilsəm, dəstək göstərən hər kəsə minətdar olacağam.

Sevgilərlə,  Şəhla

QEYD: TOXUM.org platforması xaricdən ödəniş qəbul edə bilmir. Əgər məni xarici ölkədən dəstəkləmək istəyirsinizsə, zəhmət olmasa ödənişi şəxsi bank hesabıma edin: [email protected] 

Əgər məni digər yol ilə dəstəkləmək istəyirsinizsə, zəhmət olmasa, həmin e-mail vasitəsi ilə mənimlə əlaqə saxlayın.




  TOP
Layihəyə dəstək ol