"Seversem eğer kalbim bir ömür senin için çarpacak....
Seversen eğer tüm dünya ve acılarım bir araya gelse bile alamayacak seni benden
Çünkü karanlığı gece yapan sevgidir benim dünyamda..."
Salam. Adım Sarvandır. Mən gənc yazaram və şeir, roman, hekayə, nağıl janrlarında yazılar yazıram.
Bu izlədiyiniz kadrlarda bir zaman yazdığım şeirdən video fragment izlədiniz, ümidvaram sizə birşeylər hiss etdirə bildim.
Sizə öncə çox qısa olaraq öz hekayəmdən danışıb sonra əsas mətləbə keçmək istərdim.
Özümə də məlum olduğu kimi təxminən 8-9 yaşımda xırda çaplı şeirlər yazaraq bu sehirli işə canfəda oldum.
Artıq bu günlərdə 26 yaşım var və öyrənim içində keçən bu 15 il müddətində sizlər üçün həyatı fərqli bucaqlardan görmək adına 2 roman 1 şeir toplusu olmaqla 3 kitab ərsəyə gətirə bildim. Təbii ki, həyatımın geri qalan qismini sizinlə yenidən görüşmək adına durmadan ürətmək istəyirəm.
Sizə bəhs etmək istədiyim ideyamı yəqin ki, ilk öncədən beyninizdə canladıra bildiniz.
Bəli, sizinlə görüşməktə məqsədim ilk kitabım olacaq "Seversem Eğer" adlı drama romanını maliyyələşdirməkdir.
Romanda üç gənc dostun, iki bəy və bir xanımın həyat hekayəsini qələmə almışam və bu üç xarakterin ayrı ayrılıqda keçdiyi faciəvi həyat xəttini sizlərlə bölüşmək istərdim.
Bu əsnada demək istərdim ki kitabın çapı üçün ümimi olaraq 2.000 manat vəsait lazımdir. Bu kitabın işıq üzü görməsində mən siz dəyərli dəstəkçilərin dəstəyini gözləyirəm.
İdeama dəstək olacak qatılımcılara mükafatım aşağıdakı formadadır.
10 manat ödədiyiniz təqdirdə,
1.Adınız kitabda ayrılan dəstəkçilər bölümündə qeyd olunacaq.
2.Bir (1) ədəd kitab hədiyə alacaqsınız.
3.Kitabı öz imzamla təqdim edəcəyəm.
20 manat ödədiyiniz təqdirdə,
1.Adınız kitabda ayrılan dəstəkçilər bölümündə qeyd olunacaq.
2.İki (2) ədəd kitab hədiyyə alacaqsınız.
3.Kitabları öz imzamla təqdim edəcəyəm.
40 manat ödədiyiniz təqdirdə,
1.Adınız kitabda ayrılan dəstəkçilər bölümündə qeyd olunacaq.
2.Üç (3) ədəd kitab hədiyyə alacaqsınız.
3.Kitabları öz imzamla təqdim edəcəyəm.
4.Kitabların ön səhvəsində öz ürək sözlərimi yazaraq imzamı çəkəcəyəm.
150 manat ödədiyiniz təqdirdə. (DİQQƏT!)
1.Adınız kitabda ayrılan dəstəkçilər bölümündə qeyd olunacaq.
2.Beş (5) ədəd kitab hədiyyə alacaqsınız.
3.Kitabları öz imzamla təqdim edəcəyəm.
4.Kitabların ön səhvəsində öz ürək sözlərimi yazaraq imzamı çəkəcəyəm
5.(Bu punkt üçün gələcəkdə çap olunacak şeir kitabımdan 4 şeir ayırmışıq. Siz 150 manat ödədiyiniz təqdirdə bir ( 1) şeiri öz əl yazmamla sizə təhvil təqdim edəcəyəm ( əsərin təhliv haqqı yazarda qalmaq şərti ilə) və həmin əsər heç bir kitabımda yer almayacaq. Bununlada siz Sarvan Xuduzadə əsərlərinin ilk mirascılarımdan biri olacaqsınız.)
6.Qatılımcıların istəyi əsasında Şəhər Coffe Shop-larının birində "Yazarla Görüş" günü.
Sarvan Xuduzadə