campaign-7 müddətİ bİtİb
  • BİTMƏYİNƏ qaldı:

    müddətİ bİtİb!

  • Hədəf

    1500 AZN

  • Toplanılan Məbləğ

    2673 AZN

T`OXU`M

Biz Azərbaycanın ilk kraudfandinq platformasıyıq. Fəaliyyətə başladığımız gündən  etibarən sosial və sosial sahibkarlıq layihələrinə həyat vermək üçün var gücümüzlə çalışırıq. 

Bugün sizlərə aylardır üzərində çalışdığımız "Toxum" kitabı haqqında danışmaq istəyirəm.

Kitabı ərsəyə gətirməkdə məqsədimiz ölkəmizdə  layihəsinə həyat vermək istəyən insanlar üçün əsl oxu kitabı, əlifba yaratmaqdır.

Əlifba deyirəm, çünki bu kitabı əlində tutan şəxs sosial sahibkarlıq, layihələri idarə etmək, maddi vəsait toplamaq üçün kampaniya başlatmaqla bağlı biliklərlə tanış olacaqlar. Kitabın müəllifləri də bu sahədə seçilmiş, öz uğurunu qazanmış şəxslərdir:

Sara Rəcəbli - Global winner 2020-nin qalibi, sosial sahibkar, Buta Art&Sweets-in qurucusu.

Coşqun Kərimov - Kvan, Ubuntu, Alamo13, Lamartin və Ongaku kitablarının yazarı.

Kamran Cəbrayılov - PMP sertifikatlı layihə meneceri, SOCAR KBR-də aparıcı planlama mühəndisi, Tudors Azərbaycanın həmtəsisçisi.

Toğrul Vəliyev - Toxum.org platformasının həmtəsisçisi, iqtisadçı.

 

Kitab özündə case və nəzəri məlumatları birləşdirib.

Kitabımız üçün çox böyük əmək sərf edilib, son mərhələdə isə sizlərin də dəstəyinə ehtiyacımız var. 

Kitabın çap xərcləri üçün lazım olan 1500 manat üçün sizləri bir olmağa çağırıram.

Kampaniya boyunca biz Simurq təhsil fondu ilə əməkdaşlıq edəcəyik. Aldığımız dəstəklərlə onlara da dəstək olacağıq. Kraudfandinqin əsas məqsədinə uyğun olaraq, bölüşəcəyik.

Simurq təhsil fondu haqqında qısaca qeyd etmək istəyirəm ki, bu fond şəhid və qazi ailələrinin övladlarını maarifləndirmək, onların təhsilinə dəstək olmaq məqsədilə fəaliyyət göstərir. Toxum kitabına etdiyiniz ianələrin məbləğinə müvafiq olaraq fonda kitablar bağışlanacaq.

 

Beləki, 15 AZN ödədikdə;

  • Adınız kitabın dəstəkçilər bölümündə qeyd olunacaq. 
  • 1 Toxum kitabına sahib olacaqsınız
  • 1 kitab isə sizin adınızdan STF bağışlanacaq

 

30 AZN ödədikdə;

  • Adınız kitabın dəstəkçilər bölümündə qeyd olunacaq
  •  2 Toxum kitabına sahib olacaqsınız
  • 2 kitab isə sizin adınızdan STF bağışlanacaq
  • Orjinal çanta əldə edəcəksiniz.

 

50 AZN ödədikdə;

  • Adınız kitabın dəstəkçilər bölümündə qeyd olunacaq
  • 3 Toxum kitabına sahib olacaqsınız
  • 3 kitab isə isə sizin adınızdan STF bağışlanacaq 
  • Orijinal çanta və toxum hədiyyə paketini qazanacaqsız.

 

100 AZN ödəniş etdikdə;

  • Adınız kitabın dəstəkçilər bölümündə qeyd olunacaq
  • 6 Toxum kitabına sahib olacaqsınız
  • 6 kitab sizin adınızdan STF bağışlanacaq.
  • Orjinal çanta və toxum hədiyyə paketini qazanacaqsız.
  • Müəlliflər tərəfindən imzalanmış təşəkkür açıqcası

 

Bu kitabın hazır olmasında siz maddi dəstəklə yanaşı, mənəvi olaraq da iştirak edə biləcəksiniz. Beləki, kitabın çap edilməsinə 1 həftə qalmış üz qabığı məhz dəstəkçilərimizin səs çoxluğuna əsasən seçiləcək.

 

Kitabın rəsmi satış qiyməti isə 10 AZN olacaq. 

Kampaniya üçün 1 ay müddət ayırmışıq və son tarix 28 fevraldır.

Biz inanırıq ki, sizin də dəstəyinizlə bu işin öhtəsindən uğurla gələcəyik.

 






  TOP
Layihəyə dəstək ol