campaign-7 müddətİ bİtİb
  • BİTMƏYİNƏ qaldı:

    müddətİ bİtİb!

  • Hədəf

    0 AZN

  • Toplanılan Məbləğ

    0 AZN

Tezsagal

Tezsagal – sosial-tibbi layihəsi

Konsepsiya, ideya.

Ölkədə çox sayda müalicəyə, köməyə ehtiyacı olan uşaqlar var. Hansı ki, onların müalicə xərcləri daha böyük məbləğlər tələb edir. Ara-sıra sosial şəbəkələrdə, saytlarda aparılan kampaniyalar nəticəsində bəzi uşaqların həyatını normal şəkildə davam etdirməsi üçün lazım olan məbləğ toplanır. Ancaq 1000-lə uşaq var ki, onların problemi həm geniş kütləyə çatdırılmır həm də kömək etmək istəyənlər pərakəndə şəkildə hərəkət edirlər. Məqsədimiz kampaniyamıza qoşulan şirkətlər və onların xidmətindən yararlanan insanlar vasitəsilə daha çox ianə toplamaq və hər kəsin iştirakıyla şəffaf şəkildə ehtiyacı olanlara birlikdə yardım etməkdir.

Hazırda Tezsagal.az adlı tibbi saytımız var. Bu sayt həkimlərlə pasientləri bir məkanda görüşdürən platformadı. Yeni yaradılıb. Qeyd edilən layihənin bu sayta müəyyən əlavələr edilməklə başlanılması nəzərdə tutulur. Əsas məqsədlərimizdən biri də ölkədəki həkimlər haqqında rəylər toplusu yaratmaqla pasientlərə həkim seçərkən digər pasientlərin rəyləriylə tanış olmaq imkanı yaratmaqdı. Sayt bu proyektlə birlikdə tamamilə ödənişsiz fəaliyyət göstərəcək və heç kəs saytın saxlanılması üçün əlavə pul ödəmək məcburiyyətində qalmayacaq. Bu biz tərəfdən qarşılanacaq.

İanə necə toplanacaq?

Bəzən hər birimizin kömək etmək istəyi yaranır. Bu vəziyyətdə tələb olunan məbləğin böyük olması və bizim yardım üçün ödəyə biləcəyimiz pulun az olması səbəbindən bu fikirdən daşınmalı oluruq. Ancaq gəlin məsələyə bir az başqa tərəfdən yanaşaq:

Ölkənin müxtəlif şəhərlərində insanlar gündəlik zəruri olan xidmətlərdən (alış-veriş, telefon, internet, iaşə obyektləri, bank xidmətləri və s) istifadə etməklə bəzi şirkətlərdən bonuslar qazanırlar. Normal qaydada bu bonuslar həmin şirkətlər tərəfindən verilmiş karta və ya onlayn hesaba yüklənir. Biz bonusların könüllü şəkildə yardım məqsədilə ayrılması üçün, bonus kartları və onlayn hesablar yaradırıq. Beləliklə kartı əldə etmiş şəxslərin bonuslardan necə istifadə edilməsi haqqında seçim etmə imkanları olur. Bonusları yardım üçün yönəltmək istəyən insanların bonusları, pul şəklində karta – vahid hesaba yüklənir.

Burada insanlar birləşərək yardım edirlər. Və bunun üçün vətəndaş əlavə pul ödəmir. Əksinə ona veriləcək bonusları istəyə uyğun olaraq xidmətindən yararlandığı şirkətin kartına və ya tezsagal bonus kartına yükləyə bilir.

Təsəvvür edin belə olan halda sözün həqiqi mənasında “dama-dama göl olacaq” və biz bir günün içərisində əməliyyata ehtiyac duyan bir neçə uşağa yardım etmiş olacayıq. 

Əlavə olaraq ianə vermək istəyənlər saytda olan “kömək et” səhifəsindən yararlana biləcəklər.

Yardım necə göstəriləcək:

Saytın yuxarı hissəsində təcili (1 aydan az vaxt) əməliyyata ehtiyacı olan 3 nəfərin  şəkli qoyulur. Şəkillərin yanında nə qədər məbləğə ehtiyac olduğu qeyd edilir. Sol tərəfdə isə yığılan məbləğ göstərilir. Yığılan məbləğ artdıqca tələb olunan məbləğ azalmağa doğru gedir.

Daha sonra bizdən asılı olmayan vergilər xaric, bütün məbləğ avtomatik olaraq pasientin müalicəsi və digər müalicə ilə əlaqədar olan xidmətlər üçün həmin şirkətlərin balansına yüklənəcək.

Bütün məbləğin istifadəsi haqqında rəsmi müqavilələr və qəbzlər tələb edilərək saytda yerləşdiriləcək. Əlavə olaraq şəffaflığı artırmaq üçün təkliflərə açığıq və bütün təkliflər sosial şəbəkələrdə müzakirə edilərək ən şəffafı tətbiq ediləcək.

Könüllülər:

Bir neçə kateqoriya üzrə könüllülərin cəlbi nəzərdə tutulur.

1.   Pasientlərin onlayn müraciətlərinin qəbulu və onlar haqqında məlumat toplamaq.

2.   Xəstəliklər üzrə hansı ölkədə və xəstəxanada effektiv müalicənin olması haqqında araşdırma apararaq ən güvənli mütəxəssisi tapmaq. Tapılan mütəxəssis şəffaflıq olsun deyə saytda və sosial şəbəkələrdə qeyd olunur və hər kəs pasienti müalicə edəcək həkimlə tanış olmaq imkanı qazanır. Araşdırmaq istəyən vətəndaşlar və könüllülər kömək məqsədilə həkim haqqında yeni bilgilər tapdıqca postun altında qeyd edirlər. Bununlada hər kəs həkimin güvənli olub-olmaması haqqında yekun nəticəni görə bilsin. Və əgər əlavə daha güvənli həkim tapılarsa pasientin müalicəsi ona yönəlsin. Məqsədimiz köməyə ehtiyacı olan şəxsin ən yaxşı həkim tərəfindən müalicə edilməsinə nail olmaqdı.

3.   Tələb olunan məbləğ yığıldıqdan sonra pasientin müalicəsi üçün qabaqcadan təyin olunmuş mütəxəssisin yanına göndərilir. Bu məqsədlə ümumi işi koordinasiya edəcək könüllülər tələb olunur.

Könüllülərlərin qiymətləndirilməsi:

Könüllülər saytda etibarlılıq, işgüzarlılıq və digər kateqoriyalar üzrə (kateqoriyaları sosial şəbəkə istifadəçiləri vasitəsilə genişləndirəcəyik) qiymətləndirilir. Bu gələcəkdə könüllünün hər hansısa işə daxil olması üçün referans tələb olunanda istifadə edilə bilər. 

Şəffalıq: 

Saytda xüsusi bölmə olacaq ki, insanlar istədiyi vaxt ora daxil olaraq hansı xidmət qarşılığında nə qədər ianə etdikləri haqqında məlumatlansınlar. İstəyə uyğun olaraq vətəndaş hər bir yüklənən məbləğə görə elektron qəbzlər ala və hesabdan çıxarış edə bilər (sosial şəbəkə hesablarına və ya emailə). Vətəndaş istəsə bu məlumatları saytda açıq şəkildə nümayiş etdirə və yaxud gizli saxlaya bilər.

 

  TOP
Layihəyə dəstək ol