campaign-7 müddətİ bİtİb
  • BİTMƏYİNƏ qaldı:

    müddətİ bİtİb!

  • Hədəf

    4000 AZN

  • Toplanılan Məbləğ

    112 AZN

VarYox-un davamlı fəaliyyəti üçün dəstək kampaniyası

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bu haqda məlumat almaq üçün səhifəmizə mesaj yazın.

Unutmayın sivilizasiyalar müharibə və işğal, qırğın və soyqırımlarla tarixdə qalmır, böyük cəmiyyətlər öz mədəni irsi və incəsənət nümunələri ilə iz qoyurlar. Biz həm iz qoyuruq, həm iz qoyanlara kömək edirik, həm də qoyulmuş izləri göstəririk.

Bizə dəstək olan hər kəsə təşəkkür edirik! 

QEYD: toxum.org platformu xaricdən ödəniş qəbul etmir. Əgər bizi xaricdən dəstəkləmək istəyirsinizsə, bu linkə keçid edə bilərsiniz: https://www.patreon.com/varyox

MÜKAFATLAR:

50 AZN ödədikdə: •    Sizə təşəkkür e-maili göndəriləcək•    Adınız “VarYox” un səhifəsində “Dəstəkçilər” siyahısında qeyd ediləcək

150 AZN ödədikdə: •    Sizə təşəkkür e-maili göndəriləcək•    “VarYox”  yazılı stikerlər göndəriləcək•    Adınız “VarYox” un səhifəsində “Dəstəkçilər” siyahısında qeyd ediləcək

500 AZN ödədikdə: •    Sizə təşəkkür e-maili göndəriləcək•    “VarYox”  yazılı stikerlər göndəriləcək•    Adınız “VarYox” un səhifəsində “Dəstəkçilər” siyahısında qeyd ediləcək.•    Sizə VarYox kolleksiyasından T-shirt göndəriləcək

1000 AZN ödədikdə: •    Sizə təşəkkür e-maili göndəriləcək•    “VarYox”  yazılı stikerlər göndəriləcək•    Adınız “VarYox” un səhifəsində “Dəstəkçilər” siyahısında qeyd ediləcək•    Sizə VarYox kolleksiyasından T-shirt göndəriləcək•    Sizə “Müasir İncəsənət” adlı kolleksiyamızdan  dəyərli bir parça hədiyyə ediləcək.



  TOP
Layihəyə dəstək ol