campaign-7 müddətİ bİtİb
  • BİTMƏYİNƏ qaldı:

    müddətİ bİtİb!

  • Hədəf

    1350 AZN

  • Toplanılan Məbləğ

    35 AZN

"Yaşıl Elm" portalının yenidən yaradılmasına DƏSTƏK

Yaşıl Elm — Bakıda 12 mart 2014-cü ildə təsis edilib və hazırda elmi-kütləvi mövzuda kitablar nəşr edən, elektron materiallar hazırlayan bir qeyri-kommersiya təşkilatıdır.

Sosial media və internet ziyarətçiləri baxımından Azərbaycanda ən böyük kütləyə sahib elmi təşkilatdır.

Portalın məqsədi elmi xalqa çatdırmaq və maariflənmədə rol oynamaq, elmi həqiqətlərlə bağlı məlumatları yayımlamaq, elmi aydınlanmaya qatqı təmin etməkdir. Portal Azərbaycanda ilk dəfə olaraq təkamül nəzəriyyəsinə aid "Təkamülə Giriş" adlı kitab çıxarmışdır. Bununla yanaşı, Nil Deqrass Taysonun "Tələsən insanlar üçün astrofizika", Rendall Munronun "Absurd Nəzəri Suallara Ciddi Elmi Cavablar", Ali Demirsoyun "Məktəblilər üçün təkamül", Cemal Yıldırımın "Təkamül Nəzəriyyəsi vı fanatizm" kitabları tərcümə edilərək çap edilmiş, plaforma üzvləri tərəfindən uşaqlar üçün "Kosmos" kitabı yazılmışdır. Portalın üzvləri və Azərbaycanlı alimlər tərəfindən tez-tez elmi-kütləvi mövzuda görüşlər keçirilir. Portalın dəvəti ilə Türkiyədən geoloq alim Celal Şengör və bioloq alim Ali Demirsoy Bakıda seminar vermişdir.

Pandemiyadan sonraki dövr Yaşıl Elm üçün çox aktiv olacaq və uzun müddətli bu fasilədə yığdığımız enerjimiz partlamağa hazırdır. Böyük planlar və ideyalar var. Hər kəsin dəstəyi vacib olacaq. İstəyirik ki, bütün yaxşı işlər görmək istəyən, özündə biraz təəsübkeşlik hiss edən hər kəs bizə yardım etsin.

Buna görə də ilk olaraq Yaşıl Elmin yeni və daha böyük portalının "YASİLELM.ORG"-un yaradılması ilə başlayırıq. Bu portal əvvəlkinə nisbətdə daha böyük və daha geniş imkanlara sahib bir sayt olacaq. Saytda yeni bölmələr, yeni məqalələr, yeni videolar, yeni alimlər haqqında məlumatlar, platformanın edəcəyi bütün tədbirlər və fəaliyyətlər əks olunacaq. Amma bu saytı işə sala bilmək üçün maddiyyat gərəklidir. Dəstək olanlar üçün müəyyən mükafatlarımız da nəzərədə tutulub. Ümid edirik ki, qısa zamanda lazım olan dəstəyi alıb portalı işə salacağıq.

 

Bizə dəstək olanlara mükafat:

1. 50 və ya 40 AZN dəstək olduqda,

Celal Şengörün Bakıda keçiriləcək növbəti tədbirinə hədiyyə bilet əldə edəcəksiniz.

2. 30 AZN dəstək olduqda,

Celal Şengörün "Həsən Əli Yücəl və Türk aydınlanması" kitablarına sahib olacaqsınız.

3. 20 AZN dəstək olduqda,

Cemal Yıldırımın müəllifi olduğu "Təkamül və fanatizm" kitabına sahib olacaqsınız.

4. 10 AZN  dəstək olduqda,

"Yaşıl Elm" platformasından təşəkkür maili alacaqsınız.

 

Kampaniya üçün 30 gün müddət ayırmışıq. 

Sizin dəstəyiniz bizim üçün vacibdir!

 

 



  TOP
Layihəyə dəstək ol