news-8

Toxum Layihəsinin Təqdimat Tədbiri

"Toxumları fidan etmək hamımızın məsuliyyətidir" sloqanı ilə yola çıxan Toxum.org saytının təqdimat mərasimi olub.

Təqdimat mərasimi oktyabrın 15-də  "Fabrika Coworking Center"də baş tutub. 

Təqdimat mərasimində çıxış edən saytın təsisçiləri Toğrul İsmayılov və Toğrul Vəliyev qeyd ediblər ki, bu layihə ilk dəfədir ölkədə həyata keçirilir.

Təsisçilərin sözlərinə görə, toxum.org saytının missiyası dəstəyə ehtiyacı olanlarla həmin dəstəyi verə biləcək insanları ən sürətli şəkildə bir araya toplamaqdır. Cəmiyyəti dəyişən layihələr bizim platformadan ilk təkanını alacaq!

Saytda yerləşdiriləcək hər bir layihənin sosial əhəmiyyəti olmalıdır və fərdi şəxslərə ünvanlanmış xeyriyyəçilik layihələri bu kateqoriyaya aid deyil. Layihələr heç bir halda Azərbaycan Respublikasının qanunlarını pozmamalıdırlar. Eyni zamanda layihələrdə yalan və ya aldadıcı məlumat paylaşılmamalıdır. Layihələr kommersiya məqsədləri güdməməlidir. Sosial sahibkarlıq layihələri buna istisnadır.

 

Saytda hüquq bölməsi də fəaliyyət göstərir. Bu bölmə vasitəsi ilə suallara cavab tapmaq olar. 


  TOP
Layihəyə dəstək ol