Bəzən tələbələr, valideynləri və digər şəxslər arasında hərbi xidmət və təhsil barədə,möhlət verilməsi barədə suallar olur.Bu məsələnin hüquqi tənzimi barədə qısa məlumat vermək istədik.
"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası qanununa görə :
1.əyani təhsilalma formasında -bakalavr,magistratura,doktorantura,ali baza tibb təhsili və rezidenturada təhsil alan tələbələrə təhsillərini bitirənədək hərbi xidmətə çağırışdan möhlət hüququ verilir.(maddə 21.1.4)
2.Eyni zamanda qanunun 23-cü maddəsinə görə fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olan vətəndaşlar "dinc dövrdə" müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilirlər.(maddə 23.0.1)