Əmək münasibətləri zamanı işəgötürənin işçi ilə heç bir müqavilə (əmək,xidmət) bağlamadan fəaliyyət göstərməsi ilə yanaşı hətta işçinin şəxsiyyət vəsiqəsinidə alıb uzunmüddətli özündə saxlaması hallarının çox şahidi olmuşuq.Təəssüf ki,bu problem indidə qalır.
Məsələyə hüquqi tərəfdən baxsaq,Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında qanununa əsasən,Hər bir vətəndaş və ya onun qanuni nümayəndəsi şəxsiyyət vəsiqəsini möhkəm saxlamağa borcludur, eyni zamanda qanuna zidd olaraq onun alınması qadağandır.(maddə 1)
Bu maddəyə nəzər yetirsək görərik ki,şəxsiyyət vəsiqəsini saxlamaq ilk öncə şəxsin öz borcudu,işçilər də öz hüquqlarını müdafiə edərək işəgötürənə öz şəxsiyyət vəsiqələrini verməməlidir.
Eyni zamanda qanunun 6-cı maddəsində şəxsiyyət vəsiqəsinin müvəqqəti alınması halları göstərilmişdir və burada əmək münasibətləri zamanı vəsiqənin alınması nəzərdə tutulmamışdır.