news-8

Qızmar günəşdə işləmək olar mı ?

Son zamanlar ölkəmizdə müşahidə olunan kəskin istilər hər kəs üçün,xüsusilə günün altında işləmək məcburiyyətində qalan insanların həyatı üçün təhlükə yaradır.Buna görə də Toxum hüquqşünasları olaraq,sizə bu mövzunun hüquqi tərəflərini çatdırmaq istədik. Əmək Məcəlləsinə əsasən,İşçilər havanın temperaturu azı 41 dərəcə Selsidən çox olan isti və açıq şəraitli iş yerlərində işləyərkən onlara müəyyən olunmuş qaydada fasilələr verilir və iş dayandırılır. İşçilərə sərinləmək üçün xüsusi şərait yaradılmalıdır. İşin dayandırılması və fasilələrin verilməsi habelə fasilələrin sayının və müddətini işəgötürənlə həmkarlar ittifaqının birgə qərarı əsasında həyata keçirilir.  Fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilir. İş dayandırıldıqda, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.(maddə 233)


  TOP
Layihəyə dəstək ol