Əziz Toxum izləyiciləri,son zamanlar "Bakı Bus" MMC balansında olan marşrutların ön qapılarına texniki müdaxilə edərək yarı işlək vəziyyətə gətirir. Şirkət sərnişinlərin avtobusa daxil olması üçün nəzərdə tutulmuş ön qapının ancaq bir layının açılmasına şərait yaradır. Marşrutlarda qeydə alınan bu hal marşruta daxil olmaq istəyən sərnişinlərə problem yaradır, gecikməyə səbəb olur və haqlı narazılıq yaradır. Avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikası qanununa və Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydalarına əsasən daşıma zamanı daşıyıcının əsas vəzifələrindən biri də daşımaların keyfiyyətini təmin etmək,eyni zamanda sərnişin avtonəqliyyat vasitəsini vaxtlı-vaxtında tələb edilən texniki tələblərə uyğun vəziyyətdə təqdim etməkdir. Bu cür qanun pozuntusuna rast gəldikdə, bu barədə Bakı Nəqliyyat Agentliyinə(BNA) həm elektron şəkildə,həm də ALO141 Çağrı Mərkəzi vasitəsilə məlumat verə bilərsiniz.