news-8

Normativ aktlara nəzarət edilmir

Əziz Toxum izləyiciləri,Ölkəmizdə Ekologiya və Təbii sərvətlər sahəsində bir çox qanunlar və digər normativ aktlar qəbul olunsa da,onların icrasına nəzarət edilmir və sadəcə kağız üzərində qalır:

1. 2003-cü il yanvarın 13-də Heydər Əliyev,2008-ci ildə isə prezident İlham Əliyevin "Azərbaycan Respublikasında Xəzər dənizinin sahilindən istifadəyə dair bir sıra tədbirlər haqqında" sərəncamına əsasən,dəniz kənarından 130 metr məsafədə olan bütün tikililər qanunsuzdur və məhkəmə, yaxud da inzibati qaydada sökülməlidir. Həmin ərazilər heç kim tərəfindən özəlləşdirilə və hasarlana bilməz.

2.Bakı şəhəri İcra Hakimiyyətinin başçısının 26 may 2015-ci ildə Bakı şəhər çimərliklərində əhalinin yay istirahətinin təşkili haqqında imzaladığı sərəncamın 1.3 bəndində qeyd olunub ki, çimərlik ərazilərinə və sahilyanı zonalara giriş pulsuzdur və buna nəzarət olunmasının icrası təmin edilməlidir.

3.Azərbaycan Respublikası Konstitusiyasına görə bütün təbii sərvətlər xalqa məxsusdur.

Lakin bugünə qədər də,bu aktlara əməl olunmur və əksinə qanunsuz tikililər artır,çimərliklərin əksəriyyətinə giriş ödənişlidir,təbii sərvətlər də pullu olmağa başlıyır.


  TOP
Layihəyə dəstək ol