news-8

Vergi qanunvericiliyində dəyişikliklər

Əziz Toxum izləyiciləri, "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1194-VQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb.  Sərəncama əsasən fiziki şəxslərin fərdi istehlak məqsədilə gömrük vergi və rüsumları ödəmədən ölkə ərazisinə gətirdiyi alkoqollu içki və siqaretin miqdarı azaldılıb. Belə ki, Vergi Məcəlləsinin 188.1.1-ci maddəsinə əsasən fiziki şəxs buna qədər fərdi istehlakı üçün 3 litr alkoqollu içkini, 600 ədəd siqareti gömrük vergi və rüsumu ödəmədən ölkə ərazisinə gətirə bilərdi. Məcəllənin həmin bəndində edilən dəyişikliyə əsasən isə bundan sonra fiziki şəxs fərdi istehlakı üçün 1.5 litr alkoqollu içkini və 200 ədəd siqareti gömrük vergi və rüsumlarından azad şəkildə ölkə ərazisinə gətirə biləcək.


  TOP
Layihəyə dəstək ol