news-8

Ödənişli yollar haqqında

Əziz toxum izləyiciləri,Ödənişli avtomobil yolları ilə bağlı sual doğuran məsələlərə aydınlıq gətirmək istədik. Məlumat üçün deyək ki, hazırda ölkəmizdə ödənişli ola biləcək yol hələ ki, yoxdur. Çünki qanunda qoyulan 2 vacib şərt təmin eilməlidir: 1. Ödənişli yolun mütləq ödənişsiz alternativi olmalıdır (iki məntəqəni birləşdirən yeganə yol heç vaxt ödənişli ola bilməz). 2. Ödənişli yolun alternativi olan ödənişsiz yol da texniki göstəricilərinə görə bütün standart və tələblərə uyğun, təhlükəsiz və rahat hərəkət üçün abadlaşdırılmış olmalıdır.

Məsələn, yaxın gələcək üçün hədəflənən Ələt-Astara yolunun yeni salınmış hissəsi yalnız o halda ödənişli ola bilər ki, onun alternativi olan köhnə yol (Biləsuvar və Cəlilabaddan keçən yol) tam bərpa olunaraq ideal vəziyyətə gətirilsin. Hazırda həmin köhnə yol çox bərbad vəziyyətdədir. Belə vəziyyət tam aradan qaldırılana qədər yeni yolun ödənişli olması mümkün deyil.

© ƏRŞAD HÜSEYNOV.


  TOP
Layihəyə dəstək ol