Əziz toxum izləyiciləri,valideynlər boşanarkən məhkəmə qərarı ilə uşaq anada qaldığı zaman,atanın razılığı olmadan uşağı xaricə aparmaq məsələsi valideynlərdə sual doğurur.
Valideynlərdən birinin razılığı olmadıqda, yəni boşanma zamanı yaranan narazılıq, valideynin yerinin müəyyən edilə bilməməsi zamanı uşağın ölkədən getməsi məhkəmə qərarı əsasında mümkün ola bilər. Valideyn vəfat edərsə ölüm haqqında sənədi, itkin düşərsə itkin düşmüş elan edilməsi haqqında məhkəmə qərarı əsas götürülür. Əgər atayla ana bir - birindən ayrılıbsa və ata uşağının xarici ölkəyə getməsinə qarşı çıxırsa, bunun yolu məhkəmədən keçir. Bu halda ana məhkəməyə müraciət edərək uşaq üçün xarici ölkəyə atanın icazəsi olmadan sərbəst gediş izni ala bilər. Təbii ki, burda məhkəmə uşağın xaricə getmə səbəbini araşdırır. Məsələn, təhsil, müalicə və s.
Məhkəmə yoluyla atalıq hüquqlarından məhrumetmə hallarında isə ana öz uşağını xarici ölkəyə icazəsiz də apara bilər".