Əziz toxum izləyiciləri,ölkəmizdə ev heyvanlarını saxlayan bir çox şəxslər olsa da,təəssüf ki,əksəriyyəti heyvanların saxlanılması qaydalarından xəbərsizdir.Bu postda çalışdıq ki,ev heyvanlarının saxlanması qaydalarının əsas müddəalarını sizə qısa şəkildə çatdıraq.Paylaşaq ki,qoy daha çox insan bu qaydalardan məlumatlı olsun.
Heyvanların saxlanması şərtləri:
1.Şəhərdə və şəhərtipli qəsəbələrdə çoxmərtəbəli binaların ayrıca mənzillərində yaşayan hər bir ailəyə qonşulara narahatlıq yaratmamaq şərtilə bir it və iki pişik saxlamağa icazə verilir. 2. İri cins itlərin (senbernar, ovçarka, doq, boksyor, endelteryer, doberman-pinçer və s.) və digər heyvanların sahibləri mənzillərin, təşkilatların qapılarına it, yaxud vəhşi heyvan şəkilləri və "Təhlükəlidir" sözü yazılmış lövhələr vurmağa borcludurlar.
Məhdudiyyətlər :
1.Heç bir heyvan 18 yaşa çatmamış şəxsə, həmin şəxsin valideynlərinin və ya onu himayə edən şəxslərin yazılı razılığı olmadan satıla bilməz.
Ev heyvanı saxlayan şəxslərin vəzifələri:
1.Dövlət Baytarlıq Xidmətində qeydiyyatda olan baytarlıq klinikalarında, itçilik klubunda öz heyvanlarını ildə bir dəfə qeydiyyatdan keçirməli; 2.heyvanlar xəstələndikdə, insanları, heyvanları dişləmə və zədələmə halları müşahidə edildikdə, onlara baxmaq və karantində saxlamaq üçün baytarlıq müəssisələrinə müraciət etməli; 3.ölmüş heyvanların cəsədlərini utilləşdirmək və basdırmaq üçün sahibsiz heyvanları qəbul edən məntəqəyə təhvil verməli;
Ev heyvanı saxlayan şəxslərin vəzifələri
1.Ev heyvanlarının sahibləri həmin heyvanlarla bir yerdən başqa bir yaşayış yerinə köçərkən, həmin yaşayış məntəqəsinin baytarlıq xidmətinə 5 gün müddətində məlumat verməlidir. 2.Ev heyvanları tərəfindən adamların dişlənməsi zamanı onlara dəyən ziyan və müalicə xərcləri heyvan sahibi tərəfindən ödənilməlidir.
Heyvanlarla rəhmsiz rəftar edilməsi
Heyvanlarla rəhmsiz davranmaqla onların şikəst və ya tələf edilməsinə görə-beş yüz manat məbləğində cərimə edilir.
Bu qaydalarla daha ətraflı tanış olmaq istəyirsinizsə,"Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları"nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarını oxuya bilərsiniz.