news-8

"Bağladığınız müqaviləni ədalətsiz hesab edirsiniz?"

Bir çox insanlar düşünür ki, müqavilə bağlanılıbsa, hər şey müqavilədə nəzərdə tutulduğu kimi olmalıdır və başqa çıxış yolu yoxdur. Lakin müqavilədə nəzərdə tutulan hallardan başqa, müqaviləyə məhkəmə qaydasında xitam verilə və sizin üçün əlverişsiz olan müddəa müqavilədən çıxarıla bilər. Bunun üçün qanunvericilik müxtəlif hallar nəzərdə tutmuşdur. Belə ki, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər.

 

Mənbə: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.


  TOP
Layihəyə dəstək ol