news-8

Public Administration Academy hazırlıq kurslarına iştirakçı yığımını elan edir

Gənclərimizin diqqətinə!

Public Administration Academy hazırlıq kurslarına iştirakçı yığımını elan edir. Akademiyada akademik səviyyədə peşəkar müəllimlər və təlimçilər tərəfinfən ictimai idarəetmə ixtisası üzrə kurslar keçiriləcəkdir. Bunlarla yanaşı elmi tədqiqat metodları da əlavə kurs kimi keçiriləcəkdir. Elmi tədqiqat metodları dərsi, xarici ölkələrdə magistr səviyyəsində məcburi keçirilən fənlərdən biridir.  Daha əvvəlki kurslarda 70-ə yaxın iştirakçıya, ali təhsil müəssisələrində keçirilməyən lakin olduqça aktual və praktiki biliklər çatdırılıb. Akademiyada aşağıdakı kurslar 8 həftə ərzində keçiriləcəkdir: 1. İctimai xidmətlər və elektron-hökümət (həftəlik 2 saat) 2. Media hüququ (həftəlik 2 saat) 3. Şirkətlər hüququ (həftəlik 2 saat) 4. İnsan hüquqları (həftəlik 2 saat) 5. Araşdırma metodları (həftəlik 2 saat) Hər iştirakçı 3 ya da 4 dərs seçib bildirir, bu dərslər hər iştirakçıya siniflərin doluluğu nisbətində müəyyən ediləcəkdir. 18.30 dan sonra dərslərə iştira etmək istəyənləri bu xüsusi bildirmələrini xahiş edirik. Dərslər 16.30 – 20.20 arasında keçirilir.  Dərslərin ilk həftəsində iştirakçılar 20 azn depozit ödəyir, bu depozitlər hər bir dərs üçün 30%-dan çox davamsızlıq göstərildiyi hallarda geri qaytarılmır. Kursu müvəfəqiyytlə tamamlayan iştirakçılara sertifikat verilir.  Kimlər iştirak edə bilər: humanitar elmlərdə (iqtisad, hüquq, siyasət, jurnalistika) bakalavr və magistr tələbələri, məzunlar. Yer: Caspian Plaza, 1-ci korpus, 8ci mərtəbə; Caspian PlatForum olduğu ofis. Maraqlı şəxslər öz CV-lərini [email protected] adresinə 20 May 2018 tarixinə kimi göndərə bilər. Məktubun “mövzu” hissəsində “PAA muraciet” yazmağınızı xahiş edirik. Təlimlər 20 May tarixində başlayacaqdır.


  TOP
Layihəyə dəstək ol