Əmək müqavilələrinin elektron informasiya sistemində qeydiyyatı necə aparılır?
- Əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sistemində qeydiyyata alındıqdan və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərildikdən sonra hüquqi qüvvəyə minir.
- Əmək müqaviləsi bildirişlərinin qeydiyyatı “Elektron Hökumət” portalı (www.e-gov.az) üzərindən həyata keçirilir. Bildiriş forması işəgötürənlər tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminə daxil edilir. Bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Həmçinin, işçi özünün əmək müqaviləsi bildirişləri ilə bağlı məlumatları portal vasitəsilə əldə edə bilər.