Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər
İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən Əmək Məcəlləsi ilə müəyyən edilmiş tədbirlər görür. İşəgötürən Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edirsə, o, bunun zəruriliyini əsaslandırmalıdır İşçi əmək funksiyasını yaxud əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, və ya əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə öhdəliklərini yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin və ya kollektivin ayrı-ayrı üzvlərinin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Mənbə: AR Əmək Məcəlləsi - maddə.71