news-8

Orta əmək haqqı və onun hesablanması qaydası

Orta əmək haqqı və onun hesablanması qaydası

 

Orta əmək haqqı dedikdə işçiyə vəzifəsi (peşəsi) üzrə işəgötürən tərəfindən ödənilmiş məvacib və onun tərkibinə daxil olan ödənclərin AR Əmək Məcəlləsində və digər normativ hüquqi aktlarda nəzərdə tutulan qaydada müəyyən olunan məbləği başa düşülür.

- Orta əmək haqqı necə müəyyən edilir?

Əmək məzuniyyəti dövrü üçün verilən əmək haqqı istisna olmaqla qalan bütün hallarda işçinin orta əmək haqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əmək haqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölməklə bir günlük əmək haqqı tapılır və alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir. 2 aydan az işləmiş işçilər üçün orta aylıq əmək haqqı aşağıdakı qaydada hesablanır: işçinin faktiki işləmiş olduğu günlər ərzində qazandığı əmək haqqını həmin günlərə bölməklə bir günlük əmək haqqı müəyyən edilir, alınan məbləğ əmək haqqı saxlanılan iş günlərin sayına vurulur. Orta əmək haqqı müəyyən edilərkən AR Əmək Məcəlləsi ilə nəzərdə tutulmuş əməyin ödənilməsi üzrə bütün növ ödənclər nəzərə alınır. Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

Mənbə: AR Əmək Məcəlləsi - maddə.177


  TOP
Layihəyə dəstək ol