news-8

Avtomobilə vinil vurulması

Toxum komandası olaraq vətəndaşın üzləşdiyi problemə hüquqi cəhətdən yanaşaraq qiymət verməyə və bu problemin bir çox vətəndaşlarada qaranlıq qaldığını düşünüb araşdırmağa çalışdıq.Bu məsələ qanunvericilikdə tam olaraq tənzimlənmədiyinə görə bizim üçün də yeni təcrübə oldu.Müzakirəyə açıq mövzudur.

İlk öncə onu qeyd edək ki,Avtomobilin (Nəqliyyat vasitəsinin) rənginin dəyişməsi onun təkrar qeydiyyatı üçün əsaslardan biridir. Belə ki, “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnaməyə əsasən aqreqatların dəyişdirilməsinə görə nəqliyyat vasitəsinin tipi və yaxud modeli dəyişərsə bu zaman o yenidən qeydiyyata alınmalıdır. Bu halda rəng də aqreqat hesab edilir. Müvafiq təkrar qeydiyyatın aparılması üçün isə müəyyən əsaslar tələb edilir.Rəngin dəyişdirilməsi üçün belə əsas qismində avtomobilə dəyişiklik etmiş təmir müəssisəsindən verilmiş arayış və qəbz ( yaxud qaimə) çıxış edir. Nəqliyyat vasitəsinin təkrar qeydiyyatı aparıldıqda həm qeydiyyat şəhadətnaməsində, həm də texniki uçot kartında qeydiyyat dəyişiklik edilməlidir.  Rəngin dəyişdirilməsi üçün ümumilikdə 37 manat tələb olunur:  • Qeydiyyat haqqı 20 manatdır • Qeydiyyat şəhadətnaməsinin də dəyişdirilməsinə görə əlavə 17 manat

Amma məsələyə digər tərəfdən, məntiqi yanaşanda görürük ki, Avtomobilin rənginin vinillə dəyişilməsi sual doğurur,çünki Vinil rəng dəyişməsi sayılmaya bilər(Vinili istənilən vaxt soyub maşını yenidən əvvəlki rənginə qaytarmaq mümkündür).Ona görə avtomobilə vinil vurmaq qanun pozuntusu hesab oluna bilər.( istisna,əgər vinil maşının öz rəngində olarsa bu zaman qanuni hesab oluna bilər,çünki hər hansı hadisə baş verərsə eyni rəngdə vinil hadisəni araşdırmaq baxımından çətinlik yaratmayacaq) Amma İnspektorun "rəng dəyişikliyi qeydiyyata alına bilməz" ifadəsi qanuni deyil,ona görə ki,maşının rəngini dəyişmək qanunvericiliklə qadağa olunmayıb,digər məsələ isə burda rəng dəyişikliyinin mübahisəli olmasıdır. İstənilən halda öz hüquq və mənafelərinizi qorumaq ,bu məsələnin məhkəmə təcrübəsini bilmək və presidentə çevirmək üçün müvafiq qaydada məhkəməyə müraciət edə bilərsiniz.


  TOP
Layihəyə dəstək ol