news-8

Satıcı mal haqqında istehlakçıya hansı məlumatları verməyə borcludur?

Satıcı mal haqqında istehlakçıya hansı məlumatları verməyə borcludur? 

Satıcı (icraçı) istehlakçını maraqlandıran malın qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbləri ilə müqayisəli miqdarı), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməyə borcludur. Satılan mal barəsində yalnış məlumatın və ya kifayət qədər dolğun olmayan məlumatın verilməsi, istehlakçının lazımi xassələrə malik olmayan malı (işi, xidməti) almasına və ya istifadə etməsinə səbəb olmuşdursa, onun müqaviləni ləğv etmək hüququ vardır.

Satıcı istehlakçıya mal haqqında hansı sənədləri təqdim etməyə borcludur?

 

İstehlakçının tələbi ilə satıcı (icraçı) malın mənşəyini, keyfiyyətini və təhlükəsizliyini təsdiq edən sənədləri ona təqdim etməyə borcludur.


  TOP
Layihəyə dəstək ol